Regionlar

“Culfa” tankerinin təmiri başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankeri təmir olunub. Logistik.az ASCO-ya istinadən verdiyi məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları, sükan və köməkçi qurğuları, kinqston …

Ətraflı oxu »

Mahaçqala limanında yüklərin aşırılmasında artım müşahidə edilir

Yanvar-may aylarında Mahaçqala dəniz ticarət limanında yüklərin aşırılması 3% artıb. Məlumata əsasən, 2024-cü ilin 5 ayında limanda işlənmiş yüklərin ümumi həcmi 1 milyon 179 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 145 min ton olub. Quru yüklərin aşırılmasında  27,2% artım, maye yüklərin açırılmasında isə cüzi azalma qeydə alınıb. Aşırılan yüklərdə neft və neft məhsulları, həmçinin …

Ətraflı oxu »

Orta Dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçən hissəsi aktivləşdiriləcək

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) Tacikistan, Qırğızıstan, Özbəkistan və Türkmənistanda keçən hissəsinin aktivləşdirilməsi hədəflənir. Onun sözlərinə görə, bütövlükdə Orta Dəhlizin effektivliliyinin artırılması hədəflənir: “Əsas niyyətimiz Orta Asiya bazarına fokuslanmaqdır. Bu ay Özbəkistana və Tacikistana səfərlər planlaşdırılır”. R.Rüstəmov vurğulayıb ki, Orta Dəhlizin Qazaxıstan, Gürcüstan, Azərbaycan və Türkiyə hissəsində işlər tamamlanıb və bu istiqamət sürətli işləyir: “Orta Dəhlizin Tacikistan, Qırğızıstan, Özbəkistan …

Ətraflı oxu »

Azərbaycan ilə Türkmənistan multimodal daşımalarının artırılması təklif edilir

Azərbaycanla Türkmənistan Orta Asiya- Avropa-Orta Asiya və Çin- Avropa-Çin istiqamətlərində multimodal yük daşımalarının həcminin artırılmasını müzakirə ediblər. Logistik.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, Türkmənistanda işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov Aşqabadda Türkmənistan Dəmir Yolları Agentliyinin sədri Azat Atamuradov və Türkmənistan Dəniz Yolları Agentliyinin yüksək nümayəndə heyəti ilə görüşdə müzakirələr aparılıb. Görüşdə iki ölkə arasında dəmir …

Ətraflı oxu »

Yunanıstan yük gəmisi Yəmən husilərinin hücumu nəticəsində zədələnib

Yunanıstana məxsus “Transworld Navigator” yük gəmisi Yəmən husilərinin hücumuna məruz qalıb, heyət üzvləri yaralanıb və gəmi zədələnib. Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. “Husilərin davam edən bu pis niyyətli və ehtiyatsız davranışı regional sabitliyi, Qırmızı dəniz və Ədən körfəzindəki dənizçilərin həyatını təhdid edir”, – məlumatda qeyd edilir. Husilərin hərbi sözçüsü Yəhya Sari bildirib ki, Yəmən silahlı qüvvələrinin donanması pilotsuz …

Ətraflı oxu »

Husilər İsrailin Hayfa limanında gəmilərə hücum etdiyini bildirir

Yəmən husiləri bazar günü səhər saatlarında İraqda İslami Müqavimət yaraqlı qruplaşması ilə birgə hərbi əməliyyat keçirdiklərini və İsrailin şimalındakı Hayfa limanında dörd gəmini hədəf aldıqlarını bildiriblər. Husi ordusunun sözçüsü Yəhya Sari televiziyaya verdiyi açıqlamada iki qruplaşmanın şənbə günü Hayfa limanında iki sement tankeri və iki yük gəmisinə pilotsuz təyyarə ilə hücum etdiyini bildirib. O, gəmilərin “işğal olunmuş Fələstinin limanlarına giriş …

Ətraflı oxu »

İzmir və Şanxay arasında logistika sahəsində əməkdaşlıq müqaviləsi

Logistik.az xəbər verir ki, Şanxay Beynəlxalq Ticarətin Təşviqi Şurasının sədr müavini Yang Dongsheng və onu müşayiət edən Şanxay Ticarət Nümayəndə heyəti İzmir Ticarət Palatasını ziyarət edərək mühüm əməkdaşlıq müqaviləsi imzalayıb. Görüşlərdə İzmir İqtisadiyyat Universitetinin tərkibində yaradılması planlaşdırılan “Davamlı Enerji Mərkəzi” çərçivəsində Şanxay ilə əməkdaşlıq edilə biləcəyi bildirilib. Kemalpaşa Logistika Mərkəzi vasitəsilə paylama və logistika layihələrinin inkişaf etdirilməsi təklifi təqdim edilərkən, Çinin …

Ətraflı oxu »

Azərbaycan, İran və Rusiya arasında avtomobil nəqliyyatı ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan, İran və Rusiya nümayəndələrinin avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar məsələləri üzrə üçtərəfli görüşü keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN)  bildirilib ki, görüşdə hər üç tərəfdən avtomobil nəqliyyatı sahəsi və gömrük xidmətinin, avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıyıcıları assosiasiyalarının nümayəndələri, eləcə də daşıyıcı şirkətlərin rəhbərləri iştirak ediblər. Nümayəndə heyətləri Azərbaycanın Astara, Xanoba, İranın Astara və Rusiyanın Taqirkənd sərhəd-keçid məntəqələrinə səfər …

Ətraflı oxu »

Rusiyaya LNG sanksiyaları sərtləşir

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı mayeləşdirilmiş təbii qazın (LNG) təkrar ixracına qadağa da daxil olmaqla 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Aİ-nin müvəqqəti prezidenti Belçikanın rəsmi sosial media hesabında yer alan yazıda “Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olaraq güclü və mühüm 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər” ifadələri yer alıbdır Logistik.az xəbər verir ki, …

Ətraflı oxu »

Qırmızı dənizdə Husilərin vurduğu yük gəmisi batdı

İyunun 12-də Yəmənin liman şəhəri Hudeyda sahillərində “Ansar Allah” hərəkatının husi qüvvələri tərəfindən hücuma məruz qalan gəmi Qırmızı dənizdə batıb. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Nəqliyyatı Koordinasiya Mərkəzi məlumat yayıb. Gəminin vurulduğu ərazidə onun qalıqları və neft tapılıb. “Ambrey” dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, sözügedən yük gəmisi Liberiya bayrağı altında Qırmızı dəniz vasitəsilə Hindistana gedən Yunanıstana məxsus “Tutor” yük …

Ətraflı oxu »