Nəqliyyat xəbərləri

Ölkədə dəniz nəqliyyatı ilə yük daşımaları 13 %-ə yaxın artıb

  Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 milyon 946 min ton təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 332,8 min ton və yaxud 12,7 % çoxdur. Məlumata əsasən, yüklərin 48,5 %-ni neft yükləri olub. Dəniz limanları 4 milyon 543,1 min ton həcmində (+3,1) yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 3 milyon 797,9 min tonunu (+7,3 %) və yaxud 83,6 %-ni …

Ətraflı oxu »

Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib

Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Təlimat dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, həmçinin qatarların hərəkətinin və manevr işinin təşkilinə xidmət edən müxtəlif təyinatlı görünən və səsli siqnalların mənalarını və tətbiqinə dair tələbləri müəyyən edir. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Dəmiryol nəqliyyatında siqnalizasiyaya aid normativ və texniki sənədlər bu təlimatın tələblərinə …

Ətraflı oxu »

Gələn ildən dəmir yolu ilə daşımalarda yeni güzəştlər tətbiq olunacaq

2025-ci il yanvarın 1-dən etibarən xarici avtonəqliyyat vasitələri ilə dəmir yolu ilə daşınan yüklər 2 il müddətinə yol vergisindən azad olunacaq. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bu, Azərbaycan Respublikası ərazisindəki Nazirlər Kabinetinin müəyyən etdiyi son dəmir yolu stansiyasında xarici avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda və xarici avtonəqliyyat vasitələri ilə …

Ətraflı oxu »

İl sonu Azərbaycan sərhədlərində sıxlıq müşahidə olunur – Müsahibə

“İl sonu daşımalarının artması Azərbaycanda da logistika və nəqliyyat sektoru üçün mühüm bir tendensiya təşkil edir. Bu tendensiya dünyada olduğu kimi, eyni zamanda Azərbaycan üçün də keçərlidir” Bu fikirləri Logistik.az-a müsahibəsində beynəlxalq nəqliyyat və logistika üzrə mütəxsəssis Rüfət Məmmədli deyib. O, müsahibəsində eyni zamanda tranzit yüklərin də il sonu artması məsələsinə toxunubdur: “Azərbaycanın strateji coğrafi mövqeyi, xüsusilə beynəlxalq tranzit daşımalarını …

Ətraflı oxu »

Azərbaycan və Türkiyə arasında elektron icazənin tətbiqi ilə ilk yükdaşımaları həyata keçirilib

Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalarda rəqəmsal texnologiyalar uğurla tətbiq olunur. Bu proses ikitərəfli əsasda ölkələrlə mübadilə olunan “İcazə” blanklarının elektronlaşdırılmasını da əhatə edir. Logistik.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, müvafiq layihənin uğurla həyata keçirilməsi nəticəsində Türkiyə Cümhuriyyəti ilə ikitərəfli yükdaşımalarda elektron icazənin tətbiqi ilə ilk sınaq daşınma yerinə yetirilib …

Ətraflı oxu »

“Şimal-Cənub”la tranzit yükdaşımalarına dair Azərbaycan Rusiya ilə saziş imzalayıb

Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən Logistik.az xəbər verir ki, saziş nazir Rəşad Nəbiyevin Rusiyaya işgüzar səfəri çərçivəsində imzalanıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Məlumata görə, dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin …

Ətraflı oxu »

Türk sürücü Azərbaycanda həyatını itirdi

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib. Logistik.az “Report”a istinadla xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə İlkin ehtimala əsasən, o, ürək çatışmazlığından ölüb. Meyit tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırmaya başlanılıb.

Ətraflı oxu »

Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb

Sian şəhərindəki Qazaxıstan-Çin terminalından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə cari ilin əvvəlindən 300-cü konteyner qatarı yola salınıb. “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli şirkəti xəbər verir ki, qatar “ADY Express” (Azərbaycan) və “Xi’an Free Trade Port” (Çin) ilə əməkdaşlıq çərçivəsində göndərilib. “Qazaxıstan ərazisindən Azərbaycana gedən yubiley qatarı yükgöndərənlərin TBNM-ə marağının yüksək olduğunu və onun Çin ilə Avropa arasında sürətli …

Ətraflı oxu »

Çindən Orta Dəhliz vasitəsilə ildə 1 000 konteyner blok qatarının göndərilməsi planlaşdırılır

Çindən Orta Dəhliz vasitəsilə ildə 1 000 konteyner blok qatarının göndərilməsi planlaşdırılır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ilin 8 ayında Çindən Orta Dəhliz vasitəsilə 212 blok qatarı göndərilib: “Bu, 420 min ton yük deməkdir, lakin bu marşrutun …

Ətraflı oxu »

“TOUAX Rail”: Orta Dəhlizlə yükdaşımanı artırmaq üçün gəmilərin sayı artırılmalıdır

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımanın həcminin artırılması üçün limanlarda işlər sürətlənməli, gəmilərin sayı artırılmalıdır. Bunu açıqlamasında Almaniyanın “TOUAX Rail” beynəlxalq dəmir yolu xidmətləri şirkətinin ölkə meneceri Stefan Blaas bildirib. Onun sözlərinə görə, təmsil etdiyi şirkət son 1 ildə Orta Dəhlizlə yükdaşımanın həcmini təxminən 50 % artırıb, bu da Qazaxıstan və Özbəkistandan Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə …

Ətraflı oxu »