Xəzər dənizi

Qazaxıstanın Aktau limanı bu ildən genişləndirilir

Qazaxıstanın Aktau şəhərindəki dəniz nəqliyyatı və liman 2025-ci ildə genişləndiriləcək. Məlumata görə, dəniz nəqliyyatının inkişafı üçün Aktau limanında illik ötürücülük qabiliyyətini 240 min TEU-ya (iyirmi futluq ekvivalent) çatdıracaq konteyner habının tikintisinə başlanılıb. Qeyd olunub ki, bu, Qazaxıstanın beynəlxalq logistika arenasındakı mövqeyini gücləndirəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə konteyner daşımalarını artırmağa və s. imkan verəcək. Təcili …

Ətraflı oxu »

Dənizçilər təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar

25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. Logistik.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti gəmilərinin heyət üzvləri də sükut dəqiqəsinə qoşularaq qəzada həyatını itirənlərin xatirəsini anıblar. Həmçinin Prezident …

Ətraflı oxu »

Qazaxıstandan avtomobillərin bərə ilə Azərbaycana göndərilməsi gecikir

Qazaxıstan KİV-nə istinadən Qazaxıstanın Manqistau vilayətinin Kurık limanında bərə ilə Azərbaycana göndərilməsini gözləyən 1 000-ə yaxın maşın yığılıb. Limanın direktoru Serik Axmetov qeyd edib ki, gecikmə bir neçə səbəbdən baş verib. “Noyabr-dekabr aylarında liman təxminən 50 % hava şəraitinə görə bağlı olur. Digər amil maşınların sayının artmasıdır, çünki Rusiyaya qarşı sanksiya siyahısı genişləndirilib və məhsulların bir hissəsi indi köhnə marşrutlarla …

Ətraflı oxu »

Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb

Sian şəhərindəki Qazaxıstan-Çin terminalından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə cari ilin əvvəlindən 300-cü konteyner qatarı yola salınıb. “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli şirkəti xəbər verir ki, qatar “ADY Express” (Azərbaycan) və “Xi’an Free Trade Port” (Çin) ilə əməkdaşlıq çərçivəsində göndərilib. “Qazaxıstan ərazisindən Azərbaycana gedən yubiley qatarı yükgöndərənlərin TBNM-ə marağının yüksək olduğunu və onun Çin ilə Avropa arasında sürətli …

Ətraflı oxu »

Dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Bakıdan Çinə yola salınıb

Noyabrın 24-də Azərbaycan-Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Qeyd olunub ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər …

Ətraflı oxu »

Qazaxıstan və Gürcüstan Orta Dəhlizin inkişafını müzakirə ediblər

Qazaxıstanın Baş naziri Oljas Bektenov sentyabrın 19-da Astanada Gürcüstanın Baş nazirinin birinci müavini – iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) daxil olmaqla tranzit-nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir. “Qazaxıstan və Gürcüstan TBNM-in inkişafı çərçivəsində fəal əməkdaşlıq edirlər. Bu marşrut üzrə yüklərin daşınması ötən il 65 %, …

Ətraflı oxu »

“TOUAX Rail”: Orta Dəhlizlə yükdaşımanı artırmaq üçün gəmilərin sayı artırılmalıdır

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımanın həcminin artırılması üçün limanlarda işlər sürətlənməli, gəmilərin sayı artırılmalıdır. Bunu açıqlamasında Almaniyanın “TOUAX Rail” beynəlxalq dəmir yolu xidmətləri şirkətinin ölkə meneceri Stefan Blaas bildirib. Onun sözlərinə görə, təmsil etdiyi şirkət son 1 ildə Orta Dəhlizlə yükdaşımanın həcmini təxminən 50 % artırıb, bu da Qazaxıstan və Özbəkistandan Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə …

Ətraflı oxu »

“Albayrak” Orta Dəhlizin buraxılış gücünü artırmaq istəyir

Türkiyənin “Albayrak” şirkətlər qrupu Bakı və Trabzon dəniz limanları vasitəsilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) buraxılış gücünü artırmaq niyyətindədir. Bunu holdinqin biznesin inkişafı üzrə direktoru Cumhur Güzəlçiftçi Bakıda “Qara dəniz və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri” mövzusunda keçirilən “Qara dəniz-Xəzər Logistika Forumu 2024” tədbirində bildirib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında …

Ətraflı oxu »

Orta Dəhlizi dəstəkləyəcək Poti terminalının tikintisi 2027-ci ildə yekunlaşacaq

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) yük daşımalarının həcminin artmasına kömək edəcək Gürcüstanın ən böyük limanlarından biri olan Potidə yeni liman terminalının tikintisi 2027-ci ildə başa çatacaq. Bunu “APM Terminals Poti” şirkətinin biznesin inkişafı üzrə meneceri Mario Eskobar Bakıda “Qara dəniz və Xəzərdə dəniz limanları və terminallar: İnfrastrukturun inkişafı” mövzusunda keçirilən “Qara dəniz-Xəzər Logistika Forumu 2024″də bildirib. Əvvəllər terminalın 2024-cü ildə …

Ətraflı oxu »

Həştərxanda “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə beynəlxalq forum keçiriləcək

Noyabrın 13-15-i tarixlərində Həştərxanda “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi – yeni üfüqlər” beynəlxalq forumu keçiriləcək. Bu barədə Belarusun İnvestisiya və Özəlləşdirmə Milli Agentliyinin məlumatına istinadən xəbər verir. Qeyd olunub ki, forumun keçirilməsində məqsəd Yaxın Şərq, Cənubi Asiya və Şərqi Afrika ölkələri ilə dayanıqlı ticarət-iqtisadi əlaqələrin yaradılması və bu ölkələrin premium bazarlarına tez və sərfəli şəkildə daxil olmaq imkanı kimi nəzərdən keçirilən …

Ətraflı oxu »