
25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi ölkənin bütün ərazisində saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
Logistik.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti gəmilərinin heyət üzvləri də sükut dəqiqəsinə qoşularaq qəzada həyatını itirənlərin xatirəsini anıblar.
Həmçinin Prezident İlham Əliyevin Sərəncamı elan olunan matəmlə əlaqədar ASCO gəmilərində Azərbaycanın Dövlət Bayrağı yarıyadək endirilib.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı