Konteyner daşımalarında mürəkkəb istiqamətlər: gəmi xəttləri alternativ yollara keçirlər

Logistik.az xəbər verir ki, hazırkı geosiyasi gərginlik nəticəsində Hörmüz boğazı, Fars körfəzi və Babül-Məndəb keçidi üzərindən Qırmızı dəniz limanlarına birbaşa daşımaların məhdudlaşdırılması nəqliyyat şirkətlərini fərqli həll yolları tapmağa vadar edir.

Məlumata görə, beynəlxalq konteyner operatorları Asiya ilə Körfəz regionu arasındakı ticarət əlaqələrinin davamlılığını təmin etmək üçün artıq daha mürəkkəb logistika sxemlərinə, o cümlədən quru nəqliyyat marşrutlarına üstünlük verirlər.

Fransaya məxsus CMA CGM şirkəti yeni “Phoenician Service” (PHOEX) xəttini işə salıb. Bu xidmət vasitəsilə Cənubi Koreya, Çin, Sinqapur və Malayziya limanlarından yüklər Türkiyənin Aralıq dənizi sahillərinə çatdırılır, daha sonra isə avtomobil yolu ilə İraq istiqamətində daşınır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Seçilmiş marşruta əsasən, gəmilər Afrika ətrafından – Ümid burnu vasitəsilə hərəkət edir ki, bu da ümumi səfər müddətini təxminən iki həftə artırır. Mersin limanına çatdırılan yüklər isə quru yolu ilə Bağdad ətrafındakı logistika mərkəzinə, oradan da Körfəzin şimal bölgələrinə yönləndirilir.

Eyni zamanda, dünyanın ən iri konteyner daşıyıcılarından biri olan MSC də oxşar yanaşmadan istifadə edir. Şirkət Asiyadan yükləri Ümid burnu üzərindən Aralıq dənizinə çatdırır, daha sonra isə Süveyş kanalı vasitəsilə Səudiyyə Ərəbistanının Qırmızı dəniz limanlarına yönləndirir.