
Qərb Dəniz Qüvvələrinin topladığı məlumatlara görə 2024-cü ilin ilk yarısında 57 ticarət gəmisi Husilər tərəfindən hücuma məruz qalıb, bu hücumlarda 4 dənizçi həyatını itirib, 2 nəfər isə ağır yaralanıb. 2024-cü ilin ikinci yarısında isə 32 hücum olub və bu hücumlarda ölən olmayıb.
Logistik.az xəbər verir ki, 2024-cü ilin ikinci yarısında Husilərin gəmilərə hücumları 44% azalmasına baxmayaraq risklər davam edibdir. Statistik məlumatlara əsasən gəmilərin Ümid burnu vasitəsi ilə hərəkət etməsi Husilərin ticarət gəmilərinə hücum etməsinə şərait yaratmayıbdır.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Qırmızı dəniz böhranı hələ də davam etməkdədir və istənilən halda ticarət və digər təyinatlı gəmilər üçün Qırmızı dənizdən keçid təhlükəli hesab olunur.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı