Liman xəbərləri

Konteyner daşımalarında mürəkkəb istiqamətlər: gəmi xəttləri alternativ yollara keçirlər

Logistik.az xəbər verir ki, hazırkı geosiyasi gərginlik nəticəsində Hörmüz boğazı, Fars körfəzi və Babül-Məndəb keçidi üzərindən Qırmızı dəniz limanlarına birbaşa daşımaların məhdudlaşdırılması nəqliyyat şirkətlərini fərqli həll yolları tapmağa vadar edir. Məlumata görə, beynəlxalq konteyner operatorları Asiya ilə Körfəz regionu arasındakı ticarət əlaqələrinin davamlılığını təmin etmək üçün artıq daha mürəkkəb logistika sxemlərinə, o cümlədən quru nəqliyyat marşrutlarına üstünlük verirlər. Fransaya məxsus …

Ətraflı oxu »

Asyaport Türkiyənin ən böyük konteyner daşıma limanı oldu

Tekirdağda fəaliyyət göstərən Asyaport, 2024-cü ildə Türkiyənin konteyner daşımalarında lider olmağa yüksəldi. Dəniz Mühəndisləri Palatasının (GEMİMO) İdarə Heyətinin Üzvü Atılay Özay tərəfindən hazırlanan 2024-cü il Dəniz Sektoru Hesabatına əsasən, Türkiyədəki ümumi konteyner daşımalarının təxminən 16%-ni təkcə Asyaport həyata keçirirdi. TÜRKLİM-in məlumatına görə, 2024-cü ildə Türkiyə üzrə 13.529.729 TEU konteyner, Asyaport isə 2.098.255 TEU konteyner daşıyıb. Bu göstərici Asyaportu Türkiyənin ən …

Ətraflı oxu »

İranın Bəndər Abbas limanında GÜCLÜ PARTLAYIŞ

İran limanında baş verən güclü partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb. Bu barədə İranın səlahiyyətli orqanları məlumat veriblər. Həmçinin limanın yerləşdiyi Bəndər Abbas şəhərinin gömrük idarəsi partlayışın baş vermə ehtimalı ilə bağlı açıqlama verib. “Çox güman ki, partlayış limanın ərazisində konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələr anbarında baş verib”, – deyə idarədən bildirilib. Dağıntılar zamanı limanda yerləşən çox …

Ətraflı oxu »

SEPAH israilli milyarderin gəmisini ələ keçirdi

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında israilli milyarderə məxsus gəmini ələ keçirib. İlkin ehtimala görə, xüsusi təyinatlılar SEPAH-a məxsus helikopterdə Hörmüz boğazı yaxınlığında gəmiyə hücum ediblər. Qeyd edilir ki, Portuqaliya bayrağı altında üzən “MSC Aires” gəmisi Londondan olan “Zodiac Maritime” şirkətinə aiddir. Şirkət “Zodiac Group”un tərkibinə daxilir. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə “Zodiac Group”un sahibi isə israilli …

Ətraflı oxu »

Tayvan sularında Çin ticarət gəmisi saxlanılıb

Tayvanın Sahil Mühafizə Xidməti Çin ticarət gəmisini saxlayıb. Tayvan tərəfi ekipajın sualtı kabeli qırdığını iddia edib. İnternetdə yayılan görüntülərdə sahil mühafizəçilərinin qayıq vasitəsi ilə gəmiyə yan alaraq onun göyərtəsinə qalxdıqları görünür. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Artıq Çin tərəfi hadisəni şərh edib. Yayılan açıqlamada baş verən insidentə görə gəmi heyətinin məsuliyyət daşıdığı qeyd olunur. Hələlik Tayvan tərəfindən sualtı …

Ətraflı oxu »

Gəmi xətti “COSCO” ABŞ-ın qara siyahısına salındı

Çin dövlətinə məxsus gəmi xətti olan “COSCO Shipping Holdings” şirkəti ABŞ Müdafiə Nazirliyinin (DoD) digər 130 Çin şirkəti ilə birlikdə “hərbi şirkətlərlə” ilə əlaqəsi olduğu üçün sanksiya siyahısına salınıb. Logistik.az xəbər verir ki, “COSCO”-nun adı qara siyahıda göründükdən sonra  “Honq Konq” birja bazarında holdinqə məxsus siyahıya alınmış bəzi təşkilatların səhmlərinin qiymətləri aşağı düşməyə başlayıb. “COSCO Shipping Holdings” isə təxminən 4,92% …

Ətraflı oxu »

ASCO məhdudiyyətsiz üzmə imkanlarına malik növbəti iritutumlu gəmisini istismara verib

Logistik.az ASCO-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığı ilə ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının diversifikasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə hazırlanmış və ASCO-nun Müşahidə Şurası tərəfindən qəbul olunmuş 2022-2030-cu illəri əhatə edən Gəmiçiliyin İnkişaf Strategiyasına uyğun olaraq daha bir addım atılıb. ASCO, aparılan bazar araşdırmalarının nəticəsində “Capital Maritime and Trading Corp” gəmiçilik …

Ətraflı oxu »

Qazaxıstanın Aktau limanı bu ildən genişləndirilir

Qazaxıstanın Aktau şəhərindəki dəniz nəqliyyatı və liman 2025-ci ildə genişləndiriləcək. Məlumata görə, dəniz nəqliyyatının inkişafı üçün Aktau limanında illik ötürücülük qabiliyyətini 240 min TEU-ya (iyirmi futluq ekvivalent) çatdıracaq konteyner habının tikintisinə başlanılıb. Qeyd olunub ki, bu, Qazaxıstanın beynəlxalq logistika arenasındakı mövqeyini gücləndirəcək. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) üzrə Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə konteyner daşımalarını artırmağa və s. imkan verəcək. Təcili …

Ətraflı oxu »

Yang Ming gəmi xətti donanmasını yeniləyir

  Tayvanın gəmiçilik şirkəti ”Yang Ming Marine Transport” donanmasını yeniləmək üçün 13 konteyner gəmisi sifariş edəcək. Dünyanın 10-cu, Tayvanın isə ikinci ən böyük gəmi xətti operatoru olan şirkət, 20 ildən çox xidmətdə olan 5500-6500 TEU-luq gəmiləri əvəz etmək üçün 8000-15.000 TEU arasında daşıma gücü olan gəmilər sifariş edəcəyini açıqlayıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Qeyd edək ki, Yang …

Ətraflı oxu »

Ambarlı Marport Limanında konteyner gəmisi aşdı

Logistik.az xəbər verir ki, Türkiyənin Ambarlı Marport Limanında yan üstə aşmış olan Komor adaları bayraqlı AMNAH konteyner gəmisindəki 15 personal təxliyə edilib. Əldə olunan məlumata əsasən gəminin ətrafı üzən maneə ilə əhatə olunaraq dənizin çirklənmə riski nəzarət altına alınıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Baş vermiş hadisənin hansı səbəblərdən baş verməsi araşdırılır və hadisə ilə bağlı Türkiyənin aidiyyatı üzrə …

Ətraflı oxu »