Filippin və Tayvandan keçən “Qemi” tayfunu neft tankeri və yük gəmisinin batmasına və daha üç gəminin quruya çıxmasına səbəb olub. Güclü yağışlar və fırtına nəticəsində ən azı üç nəfər həlak olub, 200 nəfər yaralanıb. Filippin hakimiyyəti Manila körfəzində 1.4 milyon litr neft daşıyan tankerin çevrilməsindən sonra sızan neftin aradan qaldırılması üçün tədbirlər görür. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə …
Ətraflı oxu »Liman xəbərləri
Norveçdə batan balıqçı gəmisində üç Rusiya vətəndaşı ölüb
Norveçə aid “Argos Georgia” balıqçı gəmisinin Folklend adaları yaxınlığında qəzaya düşməsi nəticəsində ölənlərdən üçü Rusiya vətəndaşıdır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O əlavə edib ki, göyərtədə olan 27 nəfərdən səkkizi Rusiya vətəndaşı olub. Onlardan 4-ü sağdır, biri isə itkin düşüb. Batan gəmidən 14 nəfər xilas edilib, heyət üzvlərinin şəxsiyyəti tam olaraq müəyyənləşdirilib. Onların 10 …
Ətraflı oxu »Hindistan sahillərində yanan Maersk gəmisində dənizçi ölüb
Logistik.az xəbər verir ki, Panama bayraqlı “Maersk Frankfurt” , cümə günü Qoa sahillərində Şri-Lankanın Kolombo istiqamətində üzərkən onun irəli göyərtəsində partlayış və yanğın olduğunu bildirdi. Qeyd edək ki, baş verən yanğında bir dənizçinin həyatını itirdiyi açıqlanıb. Panama Dəniz İdarəsi tərəfindən dünən edilən açıqlamada gəminin yanalma körpüsündə bir cəsədin olduğunu bildirib, ancaq alovlar səbəbiylə ona çatmaq mümkün olmadığını qeyd edilib. Yanğın hadisəsi nəticəsində də bir …
Ətraflı oxu »İran sahillərində qaz daşıyan tanker ələ keçirilib
“İran İslam İnqilabı Keşikçiləri Korpusu” (“SEPAH”) İraqın Xor Əl-Zübeyr limanından 1500 ton qaz ilə yüklənmiş məhsul tankerini ələ keçirib. Logistik.az xəbər verir ki, sözügedən tanker Toqo bayraqlı “Betelgeuse” gəmisidir. Gəmi Marşal adalarında yerləşən Madrigal Marine şirkətinə məxsusdur. Qeyd edək ki, gəminin limandan çıxmasından təxminən 24 saat sonra itdiyini və gəmi ilə heç bir əlaqənin olmadığı bilinirdi. O, İranın Buşehr şəhərindən …
Ətraflı oxu »Çin Panama kanalından keçə bilməyən gəmilər üçün nəhəng liman tikir
Latın Amerikasının infrastruktur layihələrində təsirini artıran Çin indi Perunun Sakit okean sahilində, ölkənin paytaxtı Limadan 60 kilometr şimalda yerləşən Çançay şəhərində yeni limanın tikintisinə başlayır. Logistik.az xəbər verir ki, Çinli gəmi xətt sahibi “Cosco” tərəfindən inşa ediləcək liman tamamlandığında çağımızın İpək Yolunun yeni incisi olacaq. Perunun kiçik şəhərlərindən biri olan Chancay, bir neçə il əvvələ qədər heyvan tövlələri və köhnə …
Ətraflı oxu »Sinqapur sahillərində iki neft tankeri yanıb
Logistik.az xəbər verir ki, Sinqapur sahillərində yanan iki neft tankerində olan iki ekipaj üzvü helikopterlə xilas edilib. Sinqapur Dənizçilik və Liman İdarəsindən (MPA) verilən açıqlamada ölkənin şimal-şərqindəki Pedra Branca limanı sahillərində baş verən iki neft tankerinin yanması hadisəsində 2 ekipaj üzvünün helikopterlə xəstəxanaya göndərildiyi bildirilib. Sinqapur Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada isə tankerin ekipajının “RSS Supreme” freqatı tərəfindən xilas edildiyi bildirilib. …
Ətraflı oxu »Maersk-in konteyner gəmisində yanğın baş verib
Logistik.az xəbər verir ki, Hindistan sahilləri yaxınlığında “Maersk” gəmi xəttinə mənsub “Frankfurt” adlı konteyner daşıyan gəmidə yanğın hadisəsi baş veribdir. Yanğın Hindistanın Karnataka ştatının Karvar bölgəsi yaxınlığında başlayıb. Qeyd edək ki, iki Hindistan Sahil Mühafizəsi (“ICG”) gəmisi yanğınla mübarizə aparmaq üçün Qoadan yola salınıb. “ICG” gəmiləri yanğını su ilə söndürmək üçün işləyərkən, konteyner gəmisinin ön hissəsində partlayışların baş verdiyini və güclü …
Ətraflı oxu »Türkiyənin Milli Hərbi Dəniz Qüvvələri Şimali Kiprdə parad keçirəcək
İyulun 20-də Kipr Sülh Əməliyyatının 50-ci ildönümü münasibətilə keçiriləcək yubiley tədbirlərində Türkiyə Hərbi Dəniz Donanmasına aid 50 gəminin paradı olacaq. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MMN) açıqlama yayıb. Nazirlik Türkiyənin ilk amfibiya tipli gəmisi “TCG Anadolu”nun da daxil olduğu 50 gəmidən ibarət donanmanın Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) paradda iştirakına dair videoçarx yayımlayıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından …
Ətraflı oxu »San-Fransisko körfəzində hidrogenlə işləyən gəmi hərəkət edəcək
İyulun 19-dan San-Fransisko körfəzində hidrogenlə işləyən dünyanın ilk kommersiya sərnişin gəmisi hərəkət edəcək. Bu hadisə dizellə işləyən gəmilərdən imtina edilməsi, iqlim dəyişikliyinin qarşısını almaq və karbon emissiyalarının azaldılması planının bir hissəsidir. Uzunluğu 21 metr olan “MV Sea Change” gəmisi 75 sərnişin tutumuna malikdir. Pilot proqramı çərçivəsində ilk altı ay gediş-gəliş pulsuz olacaq. “Sea Change” təxminən 300 dəniz mili (550 km) …
Ətraflı oxu »Azərbaycanlıların da olduğu saya oturan gəminin xilasetmə işləri davam edir
Logistik.az xəbər verir ki, Türkiyədə Bursanın Mudanya əyalətində Panama bayraqlı yük gəmisi quruya çırpılıb. Panama bayrağı altında üzən “Volgo Balt 213” kargo gəmisi saya oturduğu gündən xilasetmə işləri davam etdirilməkdədir. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, gəminin uc hissəsində zədə baş verib. Araşdırma nəticəsində ilkin ehtimala görə, kapitanın üçüncü köməkçisinin yuxulaması səbəbindən bu qəza baş verib. Qeyd edək ki, …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı