Çin Panama kanalından keçə bilməyən gəmilər üçün nəhəng liman tikir

Latın Amerikasının infrastruktur layihələrində təsirini artıran Çin indi Perunun Sakit okean sahilində, ölkənin paytaxtı Limadan 60 kilometr şimalda yerləşən Çançay şəhərində yeni limanın tikintisinə başlayır.

Logistik.az xəbər verir ki, Çinli gəmi xətt sahibi “Cosco” tərəfindən inşa ediləcək liman tamamlandığında çağımızın İpək Yolunun yeni incisi olacaq.

Perunun kiçik şəhərlərindən biri olan Chancay, bir neçə il əvvələ qədər heyvan tövlələri və köhnə balıq emalı fabriklərinə ev sahibliyi edən bir şəhər idi və indi dünyanın ən böyük limanlarından birinə sahib olacaq.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Liman uzunluğu 400 metrə qədər olan və 18 min standart konteyner daşıya bilən yük gəmilərini qəbul etmək üçün 60 metr dərinlikdə olacaq. “XXL” olaraq təyin olunan bu gəmilər Panama kanalına sığmır. Bu səbəbdən, Cosco Shipping Ports Chancay’da bu limanı qurmaq üçün təxminən 3,5 milyard dollar sərmayə xərcləyir.

“Chancay”, Çinin 2013-cü ildə quruda başlayan və dənizdə davam edən “Kəmər və Yol Təşəbbüsü” adlı qlobal ticarət strategiyasının bir hissəsidir. Bu kontekstdə Çin dünya bazarlarına çıxışını təmin etmək üçün liman və terminalların tikintisinə ciddi sərmayələr qoyur. Əslində, dünyanın 64 ölkəsində 100-ə yaxın limanda Çin dövlət müəssisələrinin payı var. Çin ticarətinin təxminən 90 faizi bu sıx ticarət yolları şəbəkəsi vasitəsilə həyata keçirilir. Bundan əlavə, dünyanın ən böyük on konteyner limanından səkkizi Çində yerləşir.