Gürcüstan ilə gömrük sərhəddində yük avtomobil növbəsi ilə bağlı vəziyyət

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1000-ə yaxınlaşıb və ciddi sıxlıq müşahidə edilməməkdədir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 12 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 895 civarındadır.

Gürcüstan ilə sərhəddə Mazımqara Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 2, bu posta istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 175 civarındadır.