Xəbərlər

Ermənistana növbəti yük qatarı Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutub.1298 ton dizel yanacağı yüklənmiş 22 ədəd vaqondan və 240 ton gübrə yüklənmiş 4 vaqondan ibarət qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq. Xatırladaq ki, sonuncu dəfə aprelin 11-də Azərbaycandan Ermənistana 887 ton dizel daşıyan 15 …

Ətraflı oxu »

Konteyner daşımalarında mürəkkəb istiqamətlər: gəmi xəttləri alternativ yollara keçirlər

Logistik.az xəbər verir ki, hazırkı geosiyasi gərginlik nəticəsində Hörmüz boğazı, Fars körfəzi və Babül-Məndəb keçidi üzərindən Qırmızı dəniz limanlarına birbaşa daşımaların məhdudlaşdırılması nəqliyyat şirkətlərini fərqli həll yolları tapmağa vadar edir. Məlumata görə, beynəlxalq konteyner operatorları Asiya ilə Körfəz regionu arasındakı ticarət əlaqələrinin davamlılığını təmin etmək üçün artıq daha mürəkkəb logistika sxemlərinə, o cümlədən quru nəqliyyat marşrutlarına üstünlük verirlər. Fransaya məxsus …

Ətraflı oxu »

Azərbaycanda aktiv ixrac edən şirkət adları bəlli oldu – 2025

Logistik.az xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın noyabr sayına istinadən, sonrakı yerlərdə “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Socar-Dalğıc” …

Ətraflı oxu »

Qeyri-neft sektoru üzrə Azərbaycanda ixrac 9 ayda 7,7 faiz artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7% artaraq 2.6 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 20.5% artaraq 841.4 milyon ABŞ dollarına bərabər olub. Cari ilin doqquz ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən …

Ətraflı oxu »

Gürcüstan ilə gömrük sərhəddində yük avtomobil növbəsi ilə bağlı vəziyyət

Logistik.az xəbər verir ki, Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 1000-ə yaxınlaşıb və ciddi sıxlıq müşahidə edilməməkdədir. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Dövlət Gömrük Komitəsindən əldə olunan məlumata əsasən, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 12 civarındadır. Qırmızı Körpü Gömrük Postuna …

Ətraflı oxu »

Asyaport Türkiyənin ən böyük konteyner daşıma limanı oldu

Tekirdağda fəaliyyət göstərən Asyaport, 2024-cü ildə Türkiyənin konteyner daşımalarında lider olmağa yüksəldi. Dəniz Mühəndisləri Palatasının (GEMİMO) İdarə Heyətinin Üzvü Atılay Özay tərəfindən hazırlanan 2024-cü il Dəniz Sektoru Hesabatına əsasən, Türkiyədəki ümumi konteyner daşımalarının təxminən 16%-ni təkcə Asyaport həyata keçirirdi. TÜRKLİM-in məlumatına görə, 2024-cü ildə Türkiyə üzrə 13.529.729 TEU konteyner, Asyaport isə 2.098.255 TEU konteyner daşıyıb. Bu göstərici Asyaportu Türkiyənin ən …

Ətraflı oxu »

Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz daşımaları üçün vahid tarif tətbiq edəcək

Azərbaycan və Gürcüstan təkcə fiziki infrastrukturun deyil, həm də inzibati və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək yolu forumunun açılış mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində vahid tarif siyasətinin formalaşdırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal daşımaların təşviqi istiqamətində mühüm addımlar atılır: Təcili xəbərlər üçün …

Ətraflı oxu »

Ölkədə dəniz nəqliyyatı ilə yük daşımaları 13 %-ə yaxın artıb

  Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2 milyon 946 min ton təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 332,8 min ton və yaxud 12,7 % çoxdur. Məlumata əsasən, yüklərin 48,5 %-ni neft yükləri olub. Dəniz limanları 4 milyon 543,1 min ton həcmində (+3,1) yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 3 milyon 797,9 min tonunu (+7,3 %) və yaxud 83,6 %-ni …

Ətraflı oxu »

Azərbaycanın gömrük postlarında 800-ə yaxın yük avtomobili gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450-yə yaxın avtomobil gözləyir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 98, Biləsuvar gömrük postunda 125, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 87 yük maşını var. Təcili xəbərlər …

Ətraflı oxu »

İranın Bəndər Abbas limanında GÜCLÜ PARTLAYIŞ

İran limanında baş verən güclü partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb. Bu barədə İranın səlahiyyətli orqanları məlumat veriblər. Həmçinin limanın yerləşdiyi Bəndər Abbas şəhərinin gömrük idarəsi partlayışın baş vermə ehtimalı ilə bağlı açıqlama verib. “Çox güman ki, partlayış limanın ərazisində konteyner terminalında yerləşən təhlükəli yüklər və kimyəvi maddələr anbarında baş verib”, – deyə idarədən bildirilib. Dağıntılar zamanı limanda yerləşən çox …

Ətraflı oxu »