Xəbərlər

Türk sürücü Azərbaycanda həyatını itirdi

Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib. Logistik.az “Report”a istinadla xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə İlkin ehtimala əsasən, o, ürək çatışmazlığından ölüb. Meyit tibbi ekspertizaya aparılıb. Faktla bağlı araşdırmaya başlanılıb.

Ətraflı oxu »

Bu ilin əvvəlindən Orta Dəhlizlə 300-cü konteyner qatarı yola salınıb

Sian şəhərindəki Qazaxıstan-Çin terminalından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə cari ilin əvvəlindən 300-cü konteyner qatarı yola salınıb. “Qazaxıstan Dəmir Yolu” (KTZ) milli şirkəti xəbər verir ki, qatar “ADY Express” (Azərbaycan) və “Xi’an Free Trade Port” (Çin) ilə əməkdaşlıq çərçivəsində göndərilib. “Qazaxıstan ərazisindən Azərbaycana gedən yubiley qatarı yükgöndərənlərin TBNM-ə marağının yüksək olduğunu və onun Çin ilə Avropa arasında sürətli …

Ətraflı oxu »

Dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Bakıdan Çinə yola salınıb

Noyabrın 24-də Azərbaycan-Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salınıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Qeyd olunub ki, Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutu ilə Çindən Azərbaycana tranzit və idxal yüklərinin göndərilməsi ilə yanaşı, Azərbaycandan Çinə ixrac yüklərinin çatdırılması bu dəhlizin səmərəliliyini daha da artırır. Orta Dəhlizin sürətlə inkişafı istər …

Ətraflı oxu »

Gürcüstan ilə gömrük sərhəddində bu gün üçün olan vəziyyət

Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 700-ə qədərdir və hazırda çox sıxlıq müşahidə olunmur. Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 320 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 650 civarındadır. Təcili xəbərlər üçün …

Ətraflı oxu »

Çindən Orta Dəhliz vasitəsilə ildə 1 000 konteyner blok qatarının göndərilməsi planlaşdırılır

Çindən Orta Dəhliz vasitəsilə ildə 1 000 konteyner blok qatarının göndərilməsi planlaşdırılır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu ilin 8 ayında Çindən Orta Dəhliz vasitəsilə 212 blok qatarı göndərilib: “Bu, 420 min ton yük deməkdir, lakin bu marşrutun …

Ətraflı oxu »

Gürcüstan ilə gömrük sərhəddində bu həftə sonu üçün vəziyyət

Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 700-ə qədərdir və hazırda çox sıxlıq müşahidə olunmur. Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 254 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 665 civarındadır. Təcili xəbərlər …

Ətraflı oxu »

Qazaxıstan və Gürcüstan Orta Dəhlizin inkişafını müzakirə ediblər

Qazaxıstanın Baş naziri Oljas Bektenov sentyabrın 19-da Astanada Gürcüstanın Baş nazirinin birinci müavini – iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) daxil olmaqla tranzit-nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib. Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir. “Qazaxıstan və Gürcüstan TBNM-in inkişafı çərçivəsində fəal əməkdaşlıq edirlər. Bu marşrut üzrə yüklərin daşınması ötən il 65 %, …

Ətraflı oxu »

“TOUAX Rail”: Orta Dəhlizlə yükdaşımanı artırmaq üçün gəmilərin sayı artırılmalıdır

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yükdaşımanın həcminin artırılması üçün limanlarda işlər sürətlənməli, gəmilərin sayı artırılmalıdır. Bunu açıqlamasında Almaniyanın “TOUAX Rail” beynəlxalq dəmir yolu xidmətləri şirkətinin ölkə meneceri Stefan Blaas bildirib. Onun sözlərinə görə, təmsil etdiyi şirkət son 1 ildə Orta Dəhlizlə yükdaşımanın həcmini təxminən 50 % artırıb, bu da Qazaxıstan və Özbəkistandan Avropa İttifaqı ölkələrinə və əks istiqamətdə …

Ətraflı oxu »

Çində gəminin üzərinə kran düşdü

Logistik.az xəbər verir ki, Çinin Yantyan limanında kran MSC gəmisinin üzərinə düşüb. Çinin Yantian limanında nəhəng kran limanda lövbər salmış Liberiya bayrağı altında üzən MSC Riona gəmisinin üzərinə düşüb.  Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Sentyabrın 16-da baş verən qəzada insan tələfatının olmadığı bildirilsə də, limanın 2 saylı dokunun fəaliyyəti dayandırılıb. Qəza ilə bağlı hazırlanan hesabata görə, 2021-ci ildə …

Ətraflı oxu »

“Arkas Logistics” Polşada şirkət qurur

Logistik.az xəbər verir ki, “Arkas Logistics” Almaniyada yerləşən “Duisburger Hafen AG” ilə birlikdə Polşada şirkət qurur. “Arkas” Avropanın ən böyük intermodal logistika terminal operatoru “Duisport” ilə birlikdə idarə edəcəyi “Arkas Logistics Polska” adlı şirkəti ilə qlobal bazarda böyümək üçün daha bir addım atdı. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə “Arkas Holdinq Logistika Qrupunun” prezidenti Onur Göçmez son illərdə etdikləri sərmayələrlə …

Ətraflı oxu »