Gürcüstan ilə gömrük sərhəddində bu həftə sonu üçün vəziyyət

Gürcüstan ilə sərhəddə Azərbaycana daxil olmaq üçün növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 700-ə qədərdir və hazırda çox sıxlıq müşahidə olunmur.

Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstan ilə sərhəddə Qırmızı Körpü Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı hazırda 254 civarındadır. Qırmızı Körpü Gömrük Postuna istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 665 civarındadır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Gürcüstan ilə sərhəddə Mazımqara Gömrük Postunda Azərbaycandan çıxışda canlı növbə gözləyən yük nəqliyyat vasitələrinin sayı 0, bu posta istiqamətlənən yük nəqliyyat vasitələrinin sayı isə 30 civarındadır.