SEPAH israilli milyarderin gəmisini ələ keçirdi

İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında israilli milyarderə məxsus gəmini ələ keçirib.

İlkin ehtimala görə, xüsusi təyinatlılar SEPAH-a məxsus helikopterdə Hörmüz boğazı yaxınlığında gəmiyə hücum ediblər.

Qeyd edilir ki, Portuqaliya bayrağı altında üzən “MSC Aires” gəmisi Londondan olan “Zodiac Maritime” şirkətinə aiddir. Şirkət “Zodiac Group”un tərkibinə daxilir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

“Zodiac Group”un sahibi isə israilli milyarder İdan Oferdir.