
Çin dövlətinə məxsus gəmi xətti olan “COSCO Shipping Holdings” şirkəti ABŞ Müdafiə Nazirliyinin (DoD) digər 130 Çin şirkəti ilə birlikdə “hərbi şirkətlərlə” ilə əlaqəsi olduğu üçün sanksiya siyahısına salınıb.
Logistik.az xəbər verir ki, “COSCO”-nun adı qara siyahıda göründükdən sonra “Honq Konq” birja bazarında holdinqə məxsus siyahıya alınmış bəzi təşkilatların səhmlərinin qiymətləri aşağı düşməyə başlayıb. “COSCO Shipping Holdings” isə təxminən 4,92% ucuzlaşdığı müşahidə edilməkdədir.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
“COSCO Shipping” və onun törəmə şirkətləri “Cosco Shipping (Şimali Amerika)” və “Cosco Shipping Finance” 7 yanvar 2025-ci il tarixində ABŞ-nin Federal Reyestr sistemində sanksiyaya düşmüş kimi açıqlandı və burada onlar “Xalq Azadlıq Ordusunu” (“People’s Liberation Army”) dəstəkləmək üçün kommersiya xidmətləri göstərən Çinin “hərbi şirkətləri” kimi siyahıya alınıbdır.
Qeyd edək ki, bəziləri tərəfindən bu ABŞ-Çin çəkişmələrinin, xüsusən də ABŞ-nın sükanı arxasında olan yeni seçilmiş prezident Donald Trampın Ağ Evə qayıtması fonunda daha bir potensial gərginlik kimi dəyərləndirilir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı