Çində gəminin üzərinə kran düşdü

Logistik.az xəbər verir ki, Çinin Yantyan limanında kran MSC gəmisinin üzərinə düşüb.

Çinin Yantian limanında nəhəng kran limanda lövbər salmış Liberiya bayrağı altında üzən MSC Riona gəmisinin üzərinə düşüb. 

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Sentyabrın 16-da baş verən qəzada insan tələfatının olmadığı bildirilsə də, limanın 2 saylı dokunun fəaliyyəti dayandırılıb. Qəza ilə bağlı hazırlanan hesabata görə, 2021-ci ildə MSC tərəfindən satın alınan və Çin, Sinqapur və Filippin arasında üzən 1730 TEU konteyner gəmisindən bir neçə konteynerin dənizə düşdüyü bildirilib.

Qəzanın necə baş verdiyi barədə məlumat hələlik çox məhduddur.