“Arkas Logistics” Polşada şirkət qurur

Logistik.az xəbər verir ki, “Arkas Logistics” Almaniyada yerləşən “Duisburger Hafen AG” ilə birlikdə Polşada şirkət qurur.

“Arkas” Avropanın ən böyük intermodal logistika terminal operatoru “Duisport” ilə birlikdə idarə edəcəyi “Arkas Logistics Polska” adlı şirkəti ilə qlobal bazarda böyümək üçün daha bir addım atdı.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

“Arkas Holdinq Logistika Qrupunun” prezidenti Onur Göçmez son illərdə etdikləri sərmayələrlə təkcə konteyner daşıyan deyil, həm də ekspeditor, qapalı anbar və daxili paylama xidmətləri göstərən bir işə çevrildiklərini ifadə edərək, müştərilərə hava yüklərindən dəmir yoluna qədər geniş çeşiddə xidmətlərini təqdim etdiyini vurğulayıbdır.

Arkasın hal-hazırda Yunanıstan, İtaliya, Monako, İspaniya, Fransa, Portuqaliya, Əlcəzair, Mərakeş, Misir, Suriya, Livan, Liviya, İraq, Bolqarıstan, Rumıniya, Ukrayna, Rusiya, Gürcüstan, Azərbaycan, Hindistan, Çin və Amerikada ofisləri var mövcuddur.