
Bakı-Qazax magistral yolunda Türkiyə vətəndaşı olan sürücü vəfat edib.
Logistik.az “Report”a istinadla xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü TIR sürücüsü Adəm Talay dünyasını dəyişib.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
İlkin ehtimala əsasən, o, ürək çatışmazlığından ölüb. Meyit tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı