“Orient Overseas Container Line” (“OOCL”) 24 188 TEU-luq ekoloji cəhətdən təmiz növbəti yeni konteyner gəmisinə ad vermə mərasimi keçirib. Logistik.az-ın məlumatına əsasən bu barədə gəmiçiliyin mətbuat xidməti məlumat yayıb. “OOCL Denmark” adlandırılan gəmi Çinin “Dalian COSCO KHI Ship Engineering” (“DACKS”) tərsanəsində “OOCL” üçün tikilmiş altı gəmi seriyasının sonuncusudur. Qərargahı Honkonqda yerləşən “OOCL” 65 ölkədə 320-dən çox ofisi olan nəhəng konteyner daşımaları …
Ətraflı oxu »Xəbərlər
İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin yollarda idarə edilməsinə nəzarət gücləndirilir, cərimələr artırılır
İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə nəzarət gücləndirilir. Logistik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki …
Ətraflı oxu »Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji dəhlizi” layihəsi üzrə birgə müəssisədə iştirak edəcək
Bolqarıstanın Nazirlər Şurası ölkənin yaşıl enerjinin Bakıdan Mərkəzi Avropaya (Azərbaycan-Gürcüstan-Avropa) ötürülməsini nəzərdə tutan “yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib. Bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib. “Təşəbbüs Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında regional enerji təhlükəsizliyini və əlaqəni gücləndirmək, təchizatın diversifikasiyası, Xəzər regionunda bərpa olunan mənbələrdən enerji istehsalı …
Ətraflı oxu »Husilər Hayfa limanında daha bir konteyner gəmisini vurduqlarını bildirdi
Yəməndə İranın dəstəklədiyi husilər İsrailin şimalındakı Hayfa limanında pilotsuz uçuş aparatları (PUA) ilə İsrail gəmisini vurduqlarını açıqlayıblar. İrana bağlı Husi qrupunun hərbi sözçüsü Yəhya Sari çərşənbə günü televiziya ilə çıxışında deyib ki, əməliyyat zamanı Portuqaliya bayrağı altında üzən MSC gəmi xəttinə məxsus “MSC Manzanillo” konteyner gəmisini hədəf alıblar. Səri PUA-larla həyata keçirilən “əməliyyat”da hədəfin uğurla vurulduğunu qeyd edib. Eyni zamanda …
Ətraflı oxu »Silk Way West Airlines Çin Henan Aviasiya Qrupu ilə strateji tərəfdaşlıq qurur
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında “Air Cargo China 2024” sərgisində anlaşma memorandumu imzalanıb. Bu strateji tərəfdaşlıq Çjençjou ilə Bakı arasında hava yükdaşımalarının səmərəliliyini artırmaq üçün Asiya-Sakit Okean regionunu Avropa, Amerika və Afrika ilə birləşdirən möhkəm ikitərəfli hab modelini yaratmaq məqsədi daşıyır. “Silk Way West Airlines” ilk …
Ətraflı oxu »Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib
Bu ilin may ayında Türkiyə limanları 5 min 289 gəmi qəbul edib. Logistik.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub. 2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min …
Ətraflı oxu »Büdcəyə gömrük daxilolmaları azalıb
Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 2 milyard 490,38 milyon manat təşkil edib. Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % azdır. Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 43,2 % artaraq 894,977 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 16,7 % azalaraq 1 milyard 501,156 milyon …
Ətraflı oxu »Orta Dəhlizə yeni yüklərin cəlb olunmasını müzakirə edilib
ADY sədri Rövşən Rüstəmov özbəkistanlı və tacikistanlı həmkarları ilə Orta Dəhlizə yeni yüklərin cəlb olunmasını müzakirə edib. Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib. Logistik.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, …
Ətraflı oxu »Çin şirkəti Azərbaycandan xaricə 4 milyon kvadratmetr plitə ixrac edəcək
Sumqayıt Kimya Sənaye Parkının keramik plitələr (kafel, metlax) istehsalı ilə məşğul olan rezidenti “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin bu il ərzində 4 milyon kvadratmetr məhsul ixrac edəcəyi gözlənilir. Qeyd edilib ki, ötən ilin oktyabrından fəaliyyətə başlayan “Azərbaycan Vanhong Ceramics Co.” 110 min kvadrat metr sahəni əhatə edən məhsul ixrac edib. Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə istehsal …
Ətraflı oxu »İlk dəfə birbaşa Çindən Azərbaycan avtomobilləri ilə yük gətirilib
Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Logistik.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb. Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı