Bu ay “Avstriya Dəmir Yolları”nın yükdaşıma şirkəti – “Rail Cargo” Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çinə blok qatarı göndərəcək. Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bildirib. Onun sözlərinə görə, Avstriya Dəmir Yolları ilə ciddi razılıq əldə edilib: “Onları bu marşruta yenidən gəlməyə inandırdıq. Onlar Orta Dəhlizdən əvvəl istifadə ediblər”. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, …
Ətraflı oxu »Xəbərlər
Zirə dəniz limanının potensialı
Logistik.az xəbər verir ki, Zirə dəniz limanı 12 hektar əraziyə malikdir. Limanın sahilə yanalma xətti 500 metr təşkil edir. Limanda açıq və qapalı saxlama yerləri mövcuddur. Hal hazırda beynəlxalq standartlara cavab verən istehsal sahəsinin inşası layihəsi üzrə işlər davam etdirilir. Liman ərazisində neft-qaz avadanlıqlarının və dəniz təyinatlı iri qabaritli metalkonstruksiya istehsalat sahəsinin inşasına başlanılıb. Limanda ağırtonnajlı yükqaldırma qabiliyyətinə malik kranlar …
Ətraflı oxu »Sürətlə quruyan Xəzər dənizindən yeni GÖRÜNTÜLƏR
Quruyan Xəzər dənizindən yeni görüntülər yayılıb. Xezerxeber.az-ın məlumatına görə, görüntülərdə dənizin xeyli geri çəkildiyini görmək mümkündür. Belə ki, Xəzərin Pirallahı adası ilə Abşeron yarımadasını ayıran hissəsində vəziyyət ürəkaçan deyil. Su geri çəkilib, bir vaxtlar suyun altında qalan qalıqlar üzə çıxıb. Hesablamalar göstərir ki, Xəzərdə suyun səviyyəsi son altı ildə 69 santimetr, son 11 ildə isə 114 santimetr enib. Ekoloqlar bildiriblər …
Ətraflı oxu »Gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib
Logistik.az aldığı məlumata əsasən bildirir ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin “Yeni Səngəçal” gömrük postunda gəmilərdə axtarış fəaliyyətinə dair nəzəri-praktiki təlim keçirilib. Gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilən təlimdə üzən nəqliyyat vasitələrinin növləri, müvafiq gəmi növlərinə uyğun effektiv gömrük nəzarəti formalarının seçilməsi və tətbiqi xüsusiyyətləri, üzən nəqliyyat vasitələrində daşınan malların növündən və xarakterindən asılı olaraq …
Ətraflı oxu »Çin Azərbaycanda investisiya imkanlarını harada görür?
İkitərəfli iqtisadi əməkdaşlığı artırmaq üçün Bakı və Pekin ticarət əlaqələrini gücləndirməli və həm idxala, həm də ixraca diqqət yetirərək ticarət həcmini artırmağa davam etməlidir. 2024-cü ilin yanvar-fevral aylarına olan məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsi 25% artıb. Aşağıda Çin və Qloballaşma Mərkəzinin prezidenti və təsisçisi Huiyao Vanqın Azərbaycan və Çin arasında ticarət və əməkdaşlıq haqqında fikirlərini təqdim edirik . “Diqqət bu …
Ətraflı oxu »Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı istifadəyə verilib
İşğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə keçirilən hərracda Laçındakı “Əhmədli” mişar daşı və Qubadlıdakı “Hacılı” əhəng daşı yataqları sahibkarların istifadəsinə verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə – Şərqi Zəngəzur iqtisadi rayonunda hərrac keçirilib. İyunun …
Ətraflı oxu »Rəşad Nəbiyev: “Azərbaycanın nəqliyyat gəlirləri 13 % artıb”
Bu ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 5,4 milyard manat təşkil edib. Logistika.az informasiya verir ki, bu haqqda Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1 % çoxdur. Ötən il bu göstərici 4,8 milyard manat olub. Bu ilin may ayında ölkənin nəqliyyat gəlirləri bir il öncəki göstəriciyə nisbətən 8,8 % azalaraq 1,216 milyard manata enib.
Ətraflı oxu »ADY: Şərq-Qərb dəhlizi boyu Azərbaycan üzərindən keçən yüklərə tam nəzarət edilir
Şərq-Qərb dəhlizi boyu Azərbaycan üzərindən keçən yüklərin tam olaraq monitorinqi aparılır və buna görə hər hansı gecikməyə yol verilmir. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Kommersiya departamentinin müdiri Məmməd Həmidov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Orta Dəhliz: perspektivlər və çağırışlar” paneli çərçivəsində deyib. O bildirib ki, yük həcmləri üzrə 2024-cü il may ayının sonunda ötən ilin müvafiq dövrü ilə müqayisədə …
Ətraflı oxu »Pakistandan Azərbaycana ilk multi-modal yükün çatdırılması həyata keçirilib
İlk dəfə olaraq Pakistandan Azərbaycana multi-modal yükün çatdırılması baş tutmuşdur. Logistik.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərindən yola düşən yük karvanı Əfqanıstan, Özbəkistan, Qazaxıstanın Aktau limanından keçərək Bakı limanına çatdırılıb. Məlumata görə, Pakistanda fəaliyyət göstərən daşıma şirkətlərindən biri tərəfindən həyata keçirilən proses kifayət qədər rahat olub. Həm sifariş edən, həm də daşımada iştirak edən şəxslər bu marşrutun səmərəliliyindən razılıq ediblər. …
Ətraflı oxu »AB və Qazaxıstan Orta Dəhliz üçün koordinasiya platformasını işə salır
Avropa Komissiyası və Qazaxıstan Nəqliyyat Nazirliyi bu gün Astanada Transxəzər Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) Koordinasiya Platformasını işə salıb. “Tədbirdə Mərkəzi Asiya ölkələrinin və dəhliz boyu yerləşən digər ölkələrin, eləcə də beynəlxalq maliyyə institutlarının və Avropa İttifaqına (Aİ) daxil olmayan G7 ölkələrinin nümayəndələri iştirak ediblər. Yeni platforma 15 gün və ya daha az müddətdə Avropanı Asiya ilə birləşdirən multimodal və rəqabətli marşruta …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı