Pakistandan Azərbaycana ilk multi-modal yükün çatdırılması həyata keçirilib

İlk dəfə olaraq Pakistandan Azərbaycana multi-modal yükün çatdırılması baş tutmuşdur.

Logistik.az xəbər verir ki, Pakistanın Kəraçi şəhərindən yola düşən yük karvanı Əfqanıstan, Özbəkistan, Qazaxıstanın Aktau limanından keçərək Bakı limanına çatdırılıb.

Məlumata görə, Pakistanda fəaliyyət göstərən daşıma şirkətlərindən biri tərəfindən həyata keçirilən proses kifayət qədər rahat olub. Həm sifariş edən, həm də daşımada iştirak edən şəxslər bu marşrutun səmərəliliyindən razılıq ediblər.