Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 14-19 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Logistik.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-dan əldə etdiyi məlumata əsasən, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin …
Ətraflı oxu »Xəbərlər
Mərakeş Afrikanın ən böyük təmizləyici qurğusunu tikir
Mərakeş Afrikanın ən böyük dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başlayıb. Mərakeş ölkənin qərbində Afrikanın ən böyük dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisinə başladığını elan edib. Mərakeşin rəsmi xəbər agentliyinin (MAP) məlumatına görə, Dar əl-Beyda şəhərində qurulacaq dəniz suyunun duzsuzlaşdırılması zavodu bütün mərhələlər tamamlandıqdan sonra hər il 300 milyon kubmetr suyu təmizləyəcək. Dəyəri 650 milyon dollar olacaq obyekt 50 hektar sahədə qurulacaq. …
Ətraflı oxu »Çinin liman ticarəti ÜDM-in təxminən 8 faizini təşkil edəcək
Təbii Sərvətlər Nazirinin müavini və Milli Okean İşləri Administrasiyasının direktoru Sun Şuxian Şərqi Çin əyalətinin Xiamen şəhərində Ümumdünya Okeanlar Günü münasibətilə keçirilən mərasimdə bildirib ki, ölkəsi dəniz ehtiyatlarının qorunması və inkişafı üçün davamlı səylər göstərir. Rəsmi məlumatlara görə, 14-cü Beşillik Plan (2021-2025) dövründə dəniz iqtisadiyyatı Çinin ümumi daxili məhsulunun (ÜDM) təxminən 8 faizini təşkil edəcək. Çinin dəniz sənayesinin iqtisadi cəmi …
Ətraflı oxu »ADY “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarlarını istifadəyə verib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bu gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarları Bakı–Ağstafa–Bakı marşrutu üzrə sərnişinlərin istifadəsinə verib. APA xəbər verir ki, bununla bağlı təşkil olunan mediaturda jurnalistlərə bildirilib ki, 2019-cu ildə ADY ilə şirkət arasında imzalanmış müqaviləyə əsasən …
Ətraflı oxu »ADY sədri: Qatarların dünya standartlarına uyğunlaşdırılması üçün işlər görülür
Sərnişindaşımada əsas prioritet məsələlərimizdən biri xidmət coğrafiyasının genişləndirilməsi deyil, xidmət keyfiyyətinin artırılmasıdır. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bu gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarların istifadəyə verilməsilə bağlı tədbirdə deyib. Sədr əlavə edib ki, qatarların dünya standartlarına …
Ətraflı oxu »Özbəkistan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib
Logistik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Özbəkistan Respublikasının ölkəmizdəki səfiri ilə görüş keçirilib İyunun 10-da Dövlət Gömrük Komitəsində Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Əşrəfxanov ilə görüş keçirilib. Görüşdə iki dost və qardaş ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin bütün sahələrdə, o cümlədən gömrük orqanları arasında əlaqələri daha da möhkəmləndirdiyi vurğulanıb. Eyni zamanda Azərbaycan və …
Ətraflı oxu »Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir
Bu gün Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) təşkilatçılığı ilə CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti işə başlayıb. Həmçinin bu həftənin sonunda təşkilatın 28-ci İllik Ümumi İclası (AGM) keçiriləcək. İyunun 11-dən 13-nə kimi davam edəcək tədbirdə hava hərəkətinin təşkili sahəsində dünya liderləri və CANSO-nun (Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri təşkilatın gələcəyi üçün əsas məsələlərin müzakirəsində və …
Ətraflı oxu »İsmayıl Hakkı Polat: “İstanbul hava limanı GES tikintisinə 200 milyon avro sərmayə qoyacaq”
İstanbul hava limanı bu il 200 meqavat gücündə günəş elektrik stansiyasının (GES) tikintisinə 200 milyon avro sərmayə qoyacaq. Bunu İstanbul Hava Limanının IGA planlaşdırma direktoru İsmayıl Hakkı Polat Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti və Azərbaycan Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) 28-ci illik ümumi iclasında deyib. Onun sözlərinə görə, İstanbul hava limanı bütün elektrik istehlakını günəş enerjisi ilə qarşılayan dünyada ilk …
Ətraflı oxu »Konteyner qıtlığı və uzun yol dəniz daşıma qiymətlərini bahalaşdırır
Qəzza müharibəsinin qlobal təchizat zəncirində yaratdığı yeni böhran dərinləşir. Fraxt qiymətlərindəki kəskin artıma, boş konteyner və gəmi çatışmazlığı ilə limanlardakı sıxlıq da əlavə olundu. İsrail-Fələstin müharibəsinin qlobal təchizat zəncirində yaratdığı böhran böyüyür. Logistik.az xəbər verir ki, ticarətin təxminən 90%-ni daşıyan dəniz yolunda Husilərin hücumları səbəbindən gəmilərin Süveyş Kanalı əvəzinə Ümid Burnunu dolaşması, konteyner böhranını yenidən alovlandırdı. Uzanan marşrutlar səbəbindən konteyner …
Ətraflı oxu »Azərbaycanda 5 ayda illik inflyasiya 0,6 % olub
Bu ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 %, qeyri-qida məhsulları üzrə 101,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,4 % təşkil edib. Logistik.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, bu ilin may istehlak qiymətləri indeksi 2023-cü ilin eyni ayına nisbətən 100,3 %, o cümlədən qida məhsulları, …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı