Konteyner qıtlığı və uzun yol dəniz daşıma qiymətlərini bahalaşdırır

Qəzza müharibəsinin qlobal təchizat zəncirində yaratdığı yeni böhran dərinləşir. Fraxt qiymətlərindəki kəskin artıma, boş konteyner və gəmi çatışmazlığı ilə limanlardakı sıxlıq da əlavə olundu.

İsrail-Fələstin müharibəsinin qlobal təchizat zəncirində yaratdığı böhran böyüyür.

Logistik.az xəbər verir ki, ticarətin təxminən 90%-ni daşıyan dəniz yolunda Husilərin hücumları səbəbindən gəmilərin Süveyş Kanalı əvəzinə Ümid Burnunu dolaşması, konteyner böhranını yenidən alovlandırdı. Uzanan marşrutlar səbəbindən konteyner və gəmi təklifində tutum problemi yaranarkən, Uzaq Şərq və Aralıq dənizindəki vacib tranzit limanlarında da böyük sıxlıq yaşanır. Tutum problemi konteyner fraxtını yüksəldir. Çətinliklərin qısa müddətdə həll olunmasını gözləməyən mütəxəssislər, əmtəə qiymətlərində yeni artım dalğasının qaçılmaz olduğunu vurğulayırlar.

Husilər 2023-cü ilin dekabrında İsrail-Fələstin müharibəsi səbəbindən Qırmızı dənizdə Süveyş kanalından keçən İsrailə aid gəmilərə hücum etməyə başladılar. Təhlükəsizliyə dair narahatlıqlar səbəbindən gəmi sahibləri Süveyş kanalı üzərindən Ümid burnuna üz tutmağa başladılar və yeni standart gəmilərin səyahət məsafəsini 40% artırdı. Lakin Qırmızı dənizdəki xaotik mühitin təsiri bununla bitmədi. Sektor mütəxəssisləri böhranın qlobal dəniz ticarətinə təsirinin yenicə görünməyə başladığını bildirir.