Bu gün Rumıniyanın Konstansa şəhərində “Black and Caspian Sea Ports & Logistics 2024” sərgi və konfransı işinə başlayacaq. Tədbirin təşkilatçıları “Konstansa” limanı, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM) və Konstansa Limanı Biznes Assosiasiyasıdır. İyulun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək səviyyəli rəsmilər, alimlər və s. iştirak edəcək. Dünya səviyyəli 30 spikerin iştirak edəcəyi tədbirin konfrans proqramı qlobal və …
Ətraflı oxu »Xəbərlər
Qara dəniz minalardan təmizlənməyə başlayıb
Türkiyə, Bolqarıstan və Rumıniya mina təhlükəsizliyi tədbirləri çərçivəsində Qara dəniz akvatoriyasında minatəmizləmə işlərinə başlayıblar. Prosesə hər üç ölkənin hərbi gəmiləri cəlb olunub. Qeyd olunur ki, NATO-nun üç müttəfiq ölkəsi arasında əldə edilən razılığa əsasən, Qara dənizin “sülh dənizi”nə çevrilməsi məqsədilə minatəmizləmə prosesində qabaqcıl texnologiyalardan və birgə kəşfiyyat məlumatlarından istifadə edilir. İstinad: DHA
Ətraflı oxu »İlk yük qatarı Orta Dəhlizin yeni marşrutu ilə yola salınıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) verdiyi məlumata əsasən Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb. Məlumata görə, məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət qatar Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb. Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə …
Ətraflı oxu »Daşıma şirkətlərinə qiymətlər ilə bağlı GÖSTƏRİŞ
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədəki daşıma şirkətlərinə təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi barədə göstəriş verib. Logistik.az-ın əldə elədiyi əlumata görə, qurumda xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə iştirakçılara istehlakçılardan daxil olmuş müraciətlər, mediada yayılmış məlumatlar əsasında Dövlət Xidmətinin apardığı araşdırmaların nəticələri barədə məlumat …
Ətraflı oxu »Türkiyə boğazlarından keçid qiymətləri qalxdı
Logistik.az xəbər verir ki, xarici ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsum iyulun 1-dən xalis tonaj (xalis ton) üçün 5,07 dollara qaldırılıb, halbuki bir il əvvəl tətbiq edilən rüsum 4,42 dollar olub. Türkiyənin Nəqliyyat Nazirliyi tərəfindən çıxarılan müvafiq qərarə əsasən, sənədlərdə tariflərin artırılmasının nəzərdə tutulduğu qeyd olunub. Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bir müddət əvvəl bildirmişdi ki, rüsumun məbləğinə …
Ətraflı oxu »Azərbaycandan Türkiyəyə satılan bəzi məhsullara gömrük rüsumu azaldı – SİYAHI
İyulun 1-dən etibarən Türkiyə Azərbaycandan idxal etdiyi məhsulların bəzi kateqoriyalarına gömrük rüsumunun həcmini azaldıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı müvafiq sənədin mətni “Resmi Gazete”də dərc olunub. Türkiyə hökumətinin müvafiq rüsum cədvəlinə əsasən, Azərbaycandan idxal edilən heyva, tut, dəmirdən hazırlanan yarımfabrikatlar və s. kimi məhsulların gömrük tariflərinə yenidən baxılıb. Yeni idxal qaydalarına uyğun olaraq, Azərbaycandan tut və heyva …
Ətraflı oxu »Azərbaycanda yük daşıma qiymətləri qalxacaq? – Araşdırma
30 iyun axşam saatlarında verilən məlumata əsasən, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının …
Ətraflı oxu »Arkas Logistics Hindistanda xidmətlərini genişləndirir
Logistik.az xəbər verir ki, Türkiyənin aparıcı nəqliyyat və logistika şirkətlərindən hesab olunan “Arkas Logistics” “Fretlog”u almaqla Hindistanda da böyüyəcək. “Arkas Logistics”-in məlumatına əsasən, şirkət Hindistanın mühüm logistika şirkətlərindən biri olan Fretlog-un 80 faiz səhmlərini alıb. İki şirkət arasında müqavilə iki şirkətin top menecerlərinin iştirakı ilə imzalanıb. “Arkas Holding” İdarə Heyətinin sədr müavini Diane Arkas Göçmez, “Arkas Holding” Logistika Qrupunun prezidenti Onur …
Ətraflı oxu »Azərbaycan Qazaxıstanda keçiriləcək “Şimal-Cənub” forumunda iştirak edəcək
Azərbaycan iyulun 19-20-də Qazaxıstanın Aktau şəhərində keçiriləcək I “Şimal-Cənub” Nəqliyyat, Ticarət və İxrac Forumunda iştirak edəcək. Bu barədə Qazaxıstanın “QazTrade” SC-nin Qeyri-Resurs İxracının Təşviqi İnstitutuna istinadən xəbər verir. “Foruma Qazaxıstanın Baş nazirinin müavini Serik Jumanqarin sədrlik edəcək. Tədbiri Nəqliyyat Nazirliyi təşkil edəcək”, – məlumatda qeyd edilib. Tədbirdə Azərbaycanla yanaşı Ermənistan, Əfqanıstan, Belarus, Hindistan, İran, Oman, Pakistan, Rusiya, Suriya, Türkmənistan, BƏƏ-dən …
Ətraflı oxu »MSC Asiyada xidmətlərini genişləndirir
Logistik.az xəbər verir ki, gəmiçilikdə qlobal lider olan MSC Çin və Banqladeş arasında birbaşa əlaqə yaradaraq Benqal xidmətini təkmilləşdirdiyini elan etdi. Bu addım şirkətin bazardakı mövqeyini gücləndirmək məqsədi daşıyır.Təkmilləşdirilmiş Benqal xidməti müştərilərə daha sürətli və daha səmərəli göndərmə xidmətləri təqdim edərək, Şanxaydan Chattogram-a cəmi on günlük tranzit müddəti təklif edəcək. Bengal xidmətinin təkmilləşdirilməsinə əlavə olaraq, MSC Saola adlı yeni müstəqil …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı