Azərbaycanla sərhədə qədər olan yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir və bu il başa çatdırılacaq. Bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib. Bu yol Tbilisi və Kaxeti bölgəsini birləşdirən əsas magistralın, eləcə də Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir. İstinad: “Sputnik” Gürcüstan
Ətraflı oxu »Xəbərlər
Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb
İyunun 26-da Lianyunqanq limanında Qazaxıstan-Çin logistika terminalında Koreya – Çin – Qazaxıstan – Özbəkistan marşrutu üzrə pilot qatarın yola salınması ilə bağlı rəsmi mərasim keçirilib. Logistik.az xəbər verir ki, bu barədə “NC Kazakhstan Temir Joly” SC-nin mətbuat xidməti məlumat yayıbdır Məlumata görə, beynəlxalq ticarət və əməkdaşlıq üçün əhəmiyyətli olan əlamətdar tədbirdə hər dörd ölkənin dəmir yolu administrasiyalarının nümayəndələri də iştirak …
Ətraflı oxu »Panama kanalında suyun səviyyəsi azalır
Panama Kanalı İdarəsi ötən il hökm sürən quraqlıqdan sonra tətbiq edilən məhdudiyyətlərin əksəriyyətini yüngülləşdirən son yağışlara baxmayaraq, məşhur dəniz marşrutunun su çatışmazlığı ilə üzləşdiyini bildirib. İdarənin bəyanatında deyilir: “Panama kanalı keçən il uzun sürən quraqlıq mövsümündən təsirlənməyə davam edir və bu, gündəlik keçid imkanlarını da məhdudlaşdırır. Yağış mövsümünün başlanmasına baxmayaraq, Panamada və onun kanalında su problemi həll olunmayıb. Süveyş kanalı …
Ətraflı oxu »PIL gəmi xətti Koreya – Çin Boğazı xidmətini təqdim edir
Logistik.az xəbər verir ki, Pacific International Lines (PIL), hazırda əhəmiyyətli liman əlavələri kimi Qingdao və İncheon daxil olan Koreya Çin Boğazları Xidmətinin (KCS) genişləndirilməsini elan etdi. Bu yenidən yaradılmış xidmət 4 iyul tarixindən etibarən Cənubi Koreyanın Busan şəhərindən PIL və onun tərəfdaşları tərəfindən birgə idarə olunacaq və şərti tutumu təxminən 2800 TEU olan dörd gəmiyə sahib olacaq. PIL-in Asiyadaxili Xidmətlər …
Ətraflı oxu »Husilər Qırmızı və Aralıq dənizlərində Maersk konteyner gəmisi olmaqla yanaşı, dörd ticarət gəmisinə hücum ediblər
Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər Qırmızı və Aralıq dənizlərində dörd ticarət gəmisinə hücum ediblər. Logistik.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sarı “Al Masirah” telekanalında bildirib. Onun sözlərinə görə, husilər Aralıq dənizində İsrailin Hayfa limanına gedən “Waler” neft tankerinə hücum ediblər. Bundan əlavə, husi sözçüsü Aralıq dənizində “Johannes Maersk” konteyner gəmisinə, həmçinin Qırmızı dənizdə “Delonix” kimyəvi …
Ətraflı oxu »Azərbaycan ilə daha bir ölkə arasında ikiqat vergitutma aradan qaldırılır
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır. Logistik.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Ətraflı oxu »Monteneqro və Azərbaycan arasında biznes əlaqələri genişlənir
Logistik.az xəbər verir ki, 28.06.2024 tarixində Podqoritsa şəhərində Monteneqro-Azərbaycan biznes forumu baş tutubdur. Tədbir zamanı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə investisiya imkanlarının qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, tərəfdaşlığın genişləndirilməsi məqsədi ilə iş adamlarına hər iki ölkədə yaradılmış biznes və investisiya imkanları ilə bağlı təqdimatlar nümayiş olunub. AZPROMO-dan əldə olunan məlumata əsasən, Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq …
Ətraflı oxu »MSC Genuya hava limanını satın aldı
Logistik.az xəbər verir ki, Mediterranean Shipping Company (MSC) Genuya hava limanının 15% payını açıqlanmayan bir məbləğə alıb.
Ətraflı oxu »Ceyms O’Brayn: Orta Dəhliz region üçün mühüm təşəbbüsdür
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib ki, Orta Dəhliz region üçün mühüm təşəbbüsdür. Onun sözlərinə görə, indiki vəziyyətdə Mərkəzi Asiya dövlətləri məhsulların ixracını Rusiya və ya Çin vasitəsilə həyata keçirməlidir: “Marşrutun Gürcüstandan keçib-keçməməsindən asılı olmayaraq, Azərbaycanın Xəzər dənizi vasitəsilə dünya bazarlarına tədarük edilən malların və nəhayət, xidmətlərin əldə edilməsi məsələsində çox böyük imkanları olduğunu …
Ətraflı oxu »Çin investisiyası ilə Şərqi Afrikada limanlar şəbəkəsi yaradılacaq
Çinin dövlət şirkəti “China Harbor Engineering Company” 2024-cü ilin sonuna qədər Hind okeanı sahilində – Tanzaniyada (Şərqi Afrika) yeni balıqçılıq limanı inşa edəcək. İnvestisiyaların ümumi həcmi 111 milyon dolları keçəcək və layihənin icrası nəticəsində 30 min birbaşa və dolayı iş yeri açılacaq. Limanda balıq emalı zavodu, 90 tonluq soyuducu qurğu, o cümlədən logistika, təmir və texniki xidmət infrastrukturu olacaq. Layihə …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı