“SOCAR Turkey Yatırım A.Ş.”-nin törəmə şirkəti olan “STAR Rafineri A.Ş.” və “Hareket Proje Taşımacılığı ve Yük Mühendisliği A.Ş” böyük bir layihə üzərində birgə işləmək barədə razılığa gəliblər. Logistik.az xəbər verir ki, Təmir işləri 2 ay davam edəcək STAR neft emalı zavodunun planlaşdırılmış dayanma müddətinin 2 ay davam etməsi layihənin çətinlik səviyyəsini artırır. “Hareket Proje Taşımacılığı ve Yük Mühendisliği A.Ş.” 2018-ci ildə …
Ətraflı oxu »Xəbərlər
Karqo nəhəngi iflas edir
Qlobal iqtisadi böhranın təsiri ilə dünyada minlərlə şirkətin müflis olduğu bildirilib. Bu dəfə isə yarım əsrdir fəaliyyət göstərən köklü yük-karqo şirkəti iflas etdiyini açıqlayıb. Logistik.az xəbər verir ki, Almaniyada 50 ilə yaxındır fəaliyyət göstərən nəhəng yükdaşıma şirkəti olan “InstaFreight GmbH” məhkəməyə müflis olmaq üçün müraciət edib. İflasla bağlı şirkətin təsisçisi restrukturizasiya prosesinin müsbət nəticə verəcəyini bildirib. Bildirilib ki, şirkətin Berlin …
Ətraflı oxu »Valensiya limanının konteyner dövriyyəsi artaraq 2,2 milyon TEU-ya çatıb
2024-cü ilin yanvar-may aylarında İspaniyanın Valensiya limanının ümumi yük dövriyyəsi 33,77 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 6% çoxdur. Logistik.az xəbər verir ki, beş ayın yekunlarına əsasən, limanda aşırılan konteyner yüklərinin həcmi 12,4% artaraq 2,2 milyon TEU-ya çatıb. Nəqliyyat vasitələri və avadanlıqların aşırılması 7,3 faiz, çuqun və poladın işlənməsi 5,5 faiz, …
Ətraflı oxu »Callao limanında 400 milyon dollar dəyərində iri layihəni başa çatdı
“DP World” şirkəti Perunun Callao limanında yanalma körpüsünün genişləndirilməsi layihəni başa çatdırıb. Bu da terminalın konteyner ötürmə qabiliyyətini 80% artıracaq. Ümumilikdə 400 milyon dollar dəyərində vəsait xərcləyən şirkət hesab edir ki, genişləndirilmə Cənubi Amerikanın qərb sahillərində ticarət axınları üçün mərkəz kimi Callaonun liderliyini gücləndirəcək. Logistik.az xəbər verir ki, yanalma körpülərinin uzunluğunun 650 metrdən 1050 metrə qədər artırılması cənub terminalına eyni …
Ətraflı oxu »Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun səkkizinci iclası keçirilib
24-26 iyun 2024-cü il tarixlərində Tehran şəhərində Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun (YSİQ) səkkizinci iclası keçirilib. Logistik.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Danışıqlarda Azərbaycan Respublikası (nümayəndə heyətinin rəhbəri – S.Şərifov), İran İslam Respublikası (nümayəndə heyətinin rəhbəri – A.Cahangiri), Qazaxıstan Respublikası (nümayəndə heyətinin rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyası (nümayəndə heyətinin rəhbəri – M.Petrakov) və …
Ətraflı oxu »“Culfa” tankerinin təmiri başa çatıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Culfa” tankeri təmir olunub. Logistik.az ASCO-ya istinadən verdiyi məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Həmçinin avar vallarının, pərlərin, baş göyərtədə buxar borusu, köməkçi qazanların klapanları, baş və köməkçi mühərriklərdə yağ və hava soyuducuları, sükan və köməkçi qurğuları, kinqston …
Ətraflı oxu »Orta dəhliz üzrə Çindən Azərbaycana İyulun ilk həftəsi yer yoxdur
Logistik.az xəbər verir ki, Orta Dəhliz üzrə Çindən Azərbaycana olan daşımalar üzrə İyulun ilk həftəsinə artıq yerlər dolubdur. Sizə cədvəli aşağıdakı kimi təqdim edirik:
Ətraflı oxu »Mahaçqala limanında yüklərin aşırılmasında artım müşahidə edilir
Yanvar-may aylarında Mahaçqala dəniz ticarət limanında yüklərin aşırılması 3% artıb. Məlumata əsasən, 2024-cü ilin 5 ayında limanda işlənmiş yüklərin ümumi həcmi 1 milyon 179 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 145 min ton olub. Quru yüklərin aşırılmasında 27,2% artım, maye yüklərin açırılmasında isə cüzi azalma qeydə alınıb. Aşırılan yüklərdə neft və neft məhsulları, həmçinin …
Ətraflı oxu »Hacıqabul Sənaye Parkı: yeni status – yeni imkanlar
Sənaye zonaları bu gün Azərbaycan iqtisadiyyatının dinamik inkişafının drayverlərindəndir. Bu sənaye mərkəzləri iqtisadi resursların şaxələndirilməsi, neft sektorundan asılılığın azaldılması və qeyri-neft-qaz sektorunda davamlı artımın stimullaşdırılmasında mühüm rol oynayır. Qlobal iqtisadi proseslər və transformasiyalar nəticəsində yaranan müasir çağırışlar kontekstində Azərbaycanın qarşısında mühüm vəzifələr durur. Sənaye zonaları qeyri-neft-qaz sektorunun rəqabət qabiliyyətinin artırılması, biznes mühitinin yaxşılaşdırılması, idxaldan asılılığın azaldılması, yeni iş yerlərinin yaradılması, …
Ətraflı oxu »“5-ci yerli şirkətlərin tanıtım sərgisi” 2-ci gününü başa vurdu
İyunun 24-də başlayan Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci yerli şirkətlərin tanıtım sərgisi” davam etməkdədir. Logistik.az xəbər verir ki, “5-ci yerli şirkətlərin tanıtım sərgisi” Azərbaycanda yerli inkişaf edən şirkətlərin təqdim edildiyi vacib bir tədbirdir. Bu sərgi, her il keçirilərək, şirkətlərə innovativ məhsullarını və texnologiya tətbiqlərini göstərmə imkanı verir. Sərgi, …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı