Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

İyunun 26-da Lianyunqanq limanında Qazaxıstan-Çin logistika terminalında Koreya – Çin – Qazaxıstan – Özbəkistan marşrutu üzrə pilot qatarın yola salınması ilə bağlı rəsmi mərasim keçirilib.

Logistik.az xəbər verir ki, bu barədə “NC Kazakhstan Temir Joly” SC-nin mətbuat xidməti məlumat yayıbdır

Məlumata görə, beynəlxalq ticarət və əməkdaşlıq üçün əhəmiyyətli olan əlamətdar tədbirdə hər dörd ölkənin dəmir yolu administrasiyalarının nümayəndələri də iştirak ediblər.

7 min kilometr məsafə qət edən avtomobil ehtiyat hissələri ilə yüklənmiş qatar ölkələr arasında iqtisadi qarşılıqlı əlaqə üçün yeni yollar açacaq.

Qazaxıstandan keçən marşrutun operatoru KTZ Express şirkətidir.