Azərbaycanda yük daşıma qiymətləri qalxacaq? – Araşdırma

30 iyun axşam saatlarında verilən məlumata əsasən, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib. Bildirilib ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Bəs dizel yanacağının qiymət artımı daşıma sektoruna necə təsir edəcək?

Göründüyü qədər dizel yanacağının dəyəri bir litr üçün 25% artıbdır. Bu da istənilən halda daşıma sektorunda qiymətlərin dəyişməsi ilə nəticələnəcəkdir. Azərbaycana yük daşıyan xarici şirkətlərin nəqliyyat vasitələri də, eyni zamanda yerli yük daşıma ilə məşqul olan şirkətlər də qiymətlərdə dəyişiklik edəcək. Bu qiymət dəyişimi isə idxal və ixrac zamanı, eyni zamanda ölkə daxili yük daşımaları zamanı da qiymətə təsir edəcəkdir.

Qeyd edək ki, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə yanacaq istehsalı artıq təqribən bir ildir ki, davam edir. İstənilan formada da yanacaq qiymətlərində artım gözlənilən idi.