
Logistik.az xəbər verir ki, Türkiyənin aparıcı nəqliyyat və logistika şirkətlərindən hesab olunan “Arkas Logistics” “Fretlog”u almaqla Hindistanda da böyüyəcək.
“Arkas Logistics”-in məlumatına əsasən, şirkət Hindistanın mühüm logistika şirkətlərindən biri olan Fretlog-un 80 faiz səhmlərini alıb. İki şirkət arasında müqavilə iki şirkətin top menecerlərinin iştirakı ilə imzalanıb.
“Arkas Holding” İdarə Heyətinin sədr müavini Diane Arkas Göçmez, “Arkas Holding” Logistika Qrupunun prezidenti Onur Göçmez və “Fretlog” idarəedici tərəfdaşı Məhərrəm Dursunun iştirak etdiyi imzalanma mərasimində iki şirkət arasında əmıkdaşlıq elan edilib.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı