Husilər Hayfa limanında daha bir konteyner gəmisini vurduqlarını bildirdi

Yəməndə İranın dəstəklədiyi husilər İsrailin şimalındakı Hayfa limanında pilotsuz uçuş aparatları (PUA) ilə İsrail gəmisini vurduqlarını açıqlayıblar.

İrana bağlı Husi qrupunun hərbi sözçüsü Yəhya Sari çərşənbə günü televiziya ilə çıxışında deyib ki, əməliyyat zamanı Portuqaliya bayrağı altında üzən MSC gəmi xəttinə məxsus “MSC Manzanillo” konteyner gəmisini hədəf alıblar. Səri PUA-larla həyata keçirilən “əməliyyat”da hədəfin uğurla vurulduğunu qeyd edib. Eyni zamanda o, İsrailin Qəzzaya hücumları dayandırılana və blokada qaldırılana qədər İraq İslam Müqaviməti ilə birgə hərbi əməliyyatlara davam edəcəklərini bildirib.

İsrail ordusunun sözçünün sözlərinə görə, İsrail ordusunun belə bir hadisədən xəbəri yoxdur və Hayfa limanında qeyri-adi heç bir hal yaşanmayıbdır.
İstinad: Reuters