
Logistik.az xəbər verir ki, Sinqapur sahillərində yanan iki neft tankerində olan iki ekipaj üzvü helikopterlə xilas edilib.
Sinqapur Dənizçilik və Liman İdarəsindən (MPA) verilən açıqlamada ölkənin şimal-şərqindəki Pedra Branca limanı sahillərində baş verən iki neft tankerinin yanması hadisəsində 2 ekipaj üzvünün helikopterlə xəstəxanaya göndərildiyi bildirilib. Sinqapur Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada isə tankerin ekipajının “RSS Supreme” freqatı tərəfindən xilas edildiyi bildirilib.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Malayziya Dəniz Agentliyindən verilən açıqlamada yanğının səbəbi hələlik məlum deyil,
bölgədə axtarış-xilasetmə işlərinə başlanıldığı qeyd edilib.
Bölgəyə sızan neftlə bağlı ekoloji qurumlara məlumat verildiyi də bildirilib.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı