
“İran İslam İnqilabı Keşikçiləri Korpusu” (“SEPAH”) İraqın Xor Əl-Zübeyr limanından 1500 ton qaz ilə yüklənmiş məhsul tankerini ələ keçirib.
Logistik.az xəbər verir ki, sözügedən tanker Toqo bayraqlı “Betelgeuse” gəmisidir. Gəmi Marşal adalarında yerləşən Madrigal Marine şirkətinə məxsusdur. Qeyd edək ki, gəminin limandan çıxmasından təxminən 24 saat sonra itdiyini və gəmi ilə heç bir əlaqənin olmadığı bilinirdi. O, İranın Buşehr şəhərindən 105 km aralıda Ərəb körfəzində itkin düşüb.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Dünən ekipaj üzvlərindən biri şirkətlə əlaqə saxlayıb və məlumat verilib ki, 1987-ci ildə inşa edilmiş gəmi və onun heyəti götürülüb. “SEPAH” üzvləri silahlarla tankerə minib və kapitana Buşehr limanına üzmək əmri verilib.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı