
Logistik.az xəbər verir ki, Panama bayraqlı “Maersk Frankfurt” , cümə günü Qoa sahillərində Şri-Lankanın Kolombo istiqamətində üzərkən onun irəli göyərtəsində partlayış və yanğın olduğunu bildirdi. Qeyd edək ki, baş verən yanğında bir dənizçinin həyatını itirdiyi açıqlanıb.
Panama Dəniz İdarəsi tərəfindən dünən edilən açıqlamada gəminin yanalma körpüsündə bir cəsədin olduğunu bildirib, ancaq alovlar səbəbiylə ona çatmaq mümkün olmadığını qeyd edilib. Yanğın hadisəsi nəticəsində də bir dənizçinin həyatını itirməsi təsdiq olunub.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Qeyd edək ki, son məlumatlarda Hindistan Sahil Mühafizəsinin gəmiləri, helikopterləri və təyyarələri həftəsonu gəmidə çıxan yanğının söndürüldüyü bildirilsə də, 5500 TEU olan gəminin ön göyərtəsindən hələ də tüstü çıxmağa davam etdiyi müşahidə edilməkdədir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı