
Logistik.az xəbər verir ki, Türkiyənin Ambarlı Marport Limanında yan üstə aşmış olan Komor adaları bayraqlı AMNAH konteyner gəmisindəki 15 personal təxliyə edilib.
Əldə olunan məlumata əsasən gəminin ətrafı üzən maneə ilə əhatə olunaraq dənizin çirklənmə riski nəzarət altına alınıb.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Baş vermiş hadisənin hansı səbəblərdən baş verməsi araşdırılır və hadisə ilə bağlı Türkiyənin aidiyyatı üzrə qurumları təxliyyə işlərini davam etdirməkdədir.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı