“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib. Bu barədə ASCO xəbər verir. Tərsanə təmiri zamanı gəminin gövdəsinin sualtı, suüstü hissələri tam olaraq abraziv qumla təmizlənib, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində, daxili bölmələrdə zədələnmiş sahələr dəyişdirilib …
Ətraflı oxu »Xəzər dənizi
Özbəkistan Bakı limanının ərazisində terminal tikmək niyyətindədir
“Özbəkistan və Azərbaycanın ayrıca nəqliyyat-logistika dəhlizləri sisteminin formalaşdırılması məsələsində ümumi fikirləri var. Ölkələrimiz bu vəzifəni öz iqtisadiyyatlarının inkişafı üçün mühüm amil kimi qiymətləndirirlər. Bunu nəzərə alaraq, nəqliyyat kommunikasiyalarının inkişafı sahəsində praktiki əməkdaşlığın genişləndirilməsi Özbəkistan-Azərbaycan qarşılıqlı fəaliyyətinin gündəliyində getdikcə daha prioritet yer tutmağa başlayır”. Bunu Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Bəhrom Sotiboldiyev bildirib. Təcili xəbərlər üçün …
Ətraflı oxu »Qazaxıstan hökuməti: Cənub-Şərqi Asiya, Fars körfəzi və Avropa ölkələri TBNM-in inkişafında maraqlıdır
Qazaxıstan Azərbaycan, Türkiyə və Gürcüstanla birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM – Orta Dəhliz) inkişafı üzərində işləyir. “Qazaxıstan hökuməti 2027-ci ilə qədər Qazaxıstan, Azərbaycan, Türkiyə və Gürcüstan arasında “dar boğazlar”ın aradan qaldırılması və Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsinin həyata keçirilməsi üzərində işləyir ki, bu da bu marşrutun ötürücülük qabiliyyətini ildə 10 milyon tona artırmağa imkan verəcək”, – məlumatda bildirilib. Qeyd edilib …
Ətraflı oxu »Qazaxıstan Aktau və Kurık limanları ilə yükdaşımanın həcminə dair proqnoz açıqlayıb
Bu il Qazaxıstanın Aktau və Kurık limanları vasitəsilə təqribən 8 milyon ton yük daşınacaq. Bunu ölkənin Nəqliyyat Nazirliyinin Dəmir Yolu və Su Nəqliyyatı Komitəsinin sədr müavini Kasım Tlepov bildirib. Onun sözlərinə görə, bunun 4,2 milyon tonu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə ötürüləcək: “Bu marşrutla daşınan yüklərin nomenklaturası ildən ilə genişlənir”. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Komitə rəsmisi …
Ətraflı oxu »Rusiya və Azərbaycan birgə tanker istehsalına başlayır
“Transmaşholdinq” Bakı metropoliteni üçün vaqonların istehsalı üzrə müqavilə imzalayıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra bildirib. O qeyd edib ki, Rusiya və Azərbaycan neft məhsullarının daşınması üçün birgə tankerlər istehsalına başlayırlar. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Putinin sözlərinə görə, bu, enerji resurslarının dünya bazarlarına çıxarılmasını artırmağa imkan verəcək. istinad: fed
Ətraflı oxu »Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb
Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) vasitəsilə konteyner yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çox olub. “Qazaxıstan Dəmir Yolları” şirkəti bu barədə xəbər verir. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə TBNM Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir. Bu ilin yanvar-iyul …
Ətraflı oxu »Orta Dəhlizin inkişafı məsələləri Özbəkistanda müzakirə olunub
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ölkədə fəaliyyət göstərən iri müəssisələrin nümayəndələri ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına dair məsələləri müzakirə edib. Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi xəbər verir ki, nazirlikdə nəqliyyat dəhlizləri ilə yükdaşımaların həyata keçirilməsi və ixrac potensialının artırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. Dialoqda nazir L. Kudratov, nəqliyyat naziri İlhom …
Ətraflı oxu »“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini 2 dəfədən çox artırıb
“Kazmortransflot” şirkəti (“KazMunayQaz”ın törəmə şirkəti) bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə 25.5 min ədəd iyirmi fut tutumlu konteynerin (TEU) daşınmasını həyata keçirib. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 2.4 dəfə artıb. “2019-cu ilin aprel ayında Aktau-Bakı xətti işə salındıqdan sonra “Kazmortransflot” tərəfindən konteyner daşımalarının ümumi həcmi bu ilin avqust ayının əvvəlində 100 min TEU-ya çatıb”, – məlumatda deyilir. Bu ilin …
Ətraflı oxu »Volqa-Xəzər kanalında yükboşaltma kanalı tikiləcək
Rusiyanın “Rosmorport” dövlət müəssisəsi “Rosmorreçflot”un dəstəyi ilə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının ən çətin hissəsini – “Böyük döngə”ni 2027-ci ilin sonuna qədər yenidən quracaq. TASS-ın yaydığı məlumatda bildirilir ki, bu barədə “Rosmorport”un tikinti üzrə baş direktorunun müavini Vladimir Abornev Həştərxanda Dəniz Fəaliyyəti Şurasının iclasında bildirib. Onun sözlərinə görə, həmin hissədə “uzunburunlu” gəmilərin keçməsi üçün yükboşaltma kanalı tikiləcək: “Volqa-Xəzər kanalının ən çətin …
Ətraflı oxu »Qazaxıstan Prezidenti: “Orta Dəhlizlə daşımaların həcmi ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər”
Mərkəzi Asiya regionu ən mühüm qlobal nəqliyyat və logistika mərkəzinə çevrilə bilər. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Kazakhstanskaya Pravda” qəzetində dərc olunan “Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və çiçəklənmə yolunda” adlı məqaləsində deyib. “Region planetin ən mühüm nəqliyyat, logistika və tranzit mərkəzlərindən birinə çevrilmək üçün hər cür imkana malikdir. Mərkəzi Asiya sürətlə qlobal nəqliyyat kommunikasiyalarının əsas həlqəsinə çevrilir. Bu, ilk …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı