Orta Dəhliz vasitəsilə konteyner yükdaşımaları 14 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) vasitəsilə konteyner yükdaşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə çox olub. “Qazaxıstan Dəmir Yolları” şirkəti bu barədə xəbər verir.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

TBNM Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir. Bu ilin yanvar-iyul aylarında TBNM ilə 2,5 milyon ton yük daşınıb. Qazaxıstanın Nəqliyyat Nazirliyi bu il Orta Dəhlizlə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.