
“İl sonu daşımalarının artması Azərbaycanda da logistika və nəqliyyat sektoru üçün mühüm bir tendensiya təşkil edir. Bu tendensiya dünyada olduğu kimi, eyni zamanda Azərbaycan üçün də keçərlidir”
Bu fikirləri Logistik.az-a müsahibəsində beynəlxalq nəqliyyat və logistika üzrə mütəxsəssis Rüfət Məmmədli deyib.
O, müsahibəsində eyni zamanda tranzit yüklərin də il sonu artması məsələsinə toxunubdur:
“Azərbaycanın strateji coğrafi mövqeyi, xüsusilə beynəlxalq tranzit daşımalarını artırır, bu da logistika yükünün daha da çoxalmasına səbəb olur. Xüsusi ilə də Orta Dəhlizə beynəlxalq ticarətdə artan maraq buna səbəb olan başlıca faktorlardandır.”
“Bu dövr, xüsusən ticarət və istehsal sektoru üçün məhsul ehtiyatlarının artırılması və son satışların həyata keçirilməsi üçün vacibdir. Bayram mövsümündə artan daxili və xarici tələbat, ölkə daxilində və xaricə yönələn daşımaları intensivləşdirir. Nəqliyyat şirkətləri, əksər hallarda əlavə resurslar, işçi qüvvəsi və nəqliyyat vasitələri təmin edərək bu artan tələbə cavab verməyə çalışırlar.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
Bununla belə, qış mövsümünün çətin hava şəraiti və yol şəraiti logistika proseslərini çətinləşdirə bilər. Belə ki, xüsusi ilə də konteyner daşımaları zamanı qonşu Gürcüstanın Poti limanından istifadə zamanı çox zaman hava şəraitindən dolayı gəmilərin limana yan alması ilə də rastlaşırıq. Bu da istənilən halda gecikmələri qaçılmaz edir.
Azərbaycanın əsas logistika infrastrukturunun inkişafı bu dövrdə daha da əhəmiyyətli olur.
Yüksələn daşınma tələbi, bazarda qiymət artımlarına səbəb ola bilər. Nəticə etibarilə, il sonu daşımalarının artması, həm ölkə daxilində, həm də beynəlxalq ticarətdə Azərbaycan üçün fürstətlər yaradır.”
Eyni zamanda o, bunu da vurğulayıbdır ki, statistik məlumatlara əsasən hazırda Azərbaycanın quru sərhədlərində yük avtomobillərinin ölkəyə daxil olması üçün intensivlik artıbdır, hər il olduğu kimi bu da il sonu olmasından qaynaqlanır.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı