Nəqliyyat xəbərləri

Bu il İran “Şimal-Cənub” dəhlizi ilə yük tranzitinin 3 dəfə artacağını gözləyir

Bu il İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqaməti üzrə yüklərin tranzitini 3 dəfə – 2 milyon tona qədər artırmağı planlaşdırır. Rusiya KİV-i xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib. “Biz 2023-cü ildə Rusiya, Qazaxıstan və Türkmənistanın köməyi ilə bu (şərq – red.) istiqamətdə yüklərin daşınması əməliyyatına başladıq. 2023-cü ildə bu həcmlər 650 min ton idi. Potensialı nəzərə alaraq, biz Rusiya tərəfi …

Ətraflı oxu »

BTQ üzrə əməliyyatların səmərəli idarə olunması istiqamətində birgə müəssisə yaradıldı

13 avqust tarixində Azərbaycan Dəmir Yolları QSC (ADY) və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətlərinin təsisçiliyi ilə “BTKI Railways” MMC adlı birgə müəssisə yaradılıb.  Yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasında həlledici rol oynayacaq. Birgə müəssisənin yaradılması 2007-ci il fevralın 7-də …

Ətraflı oxu »

Azərbaycanın nəqliyyat dəhlizlərində yük dövriyyəsi 2 %-dən çox artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % və 2,4 % artım müşahidə olunub. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, o …

Ətraflı oxu »

Azərbaycan Prezidenti: “Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır”

Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının dövlət başçılarının görüşündə çıxışı zamanı deyib. “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni …

Ətraflı oxu »

Qazaxıstan Prezidenti: “Orta Dəhlizlə daşımaların həcmi ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər”

Mərkəzi Asiya regionu ən mühüm qlobal nəqliyyat və logistika mərkəzinə çevrilə bilər. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Kazakhstanskaya Pravda” qəzetində dərc olunan “Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və çiçəklənmə yolunda” adlı məqaləsində deyib. “Region planetin ən mühüm nəqliyyat, logistika və tranzit mərkəzlərindən birinə çevrilmək üçün hər cür imkana malikdir. Mərkəzi Asiya sürətlə qlobal nəqliyyat kommunikasiyalarının əsas həlqəsinə çevrilir. Bu, ilk …

Ətraflı oxu »

Rusiya-Gürcüstan sərhədində minlərlə maşın gözləyir

4,4 mindən çox yük maşını “Yuxarı Lars” keçid məntəqəsindən keçmək üçün gözləyir. Bu barədə Şimali Osetiya Respublikasının Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb. Rusiya tərəfdən ümumilikdə 4 419 qoşqu Gürcüstana girişi gözləyir. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Qeyd edək ki, Gürcüstan-Rusiya sərhədinə gedən yolda nəqliyyatın hərəkəti sərbəstdir. “Yuxarı Lars” keçid məntəqəsində parkinq yeri çatışmazlığı səbəbindən növbə yaranıb. istinad: …

Ətraflı oxu »

Qazaxıstan Pointe-Noire limanının potensialından istifadə etmək istəyir

“Qazaxıstan Pointe-Noire limanının potensialından istifadə etməkdə maraqlıdır”. Bunu prezident Kasım-Jomart Tokayev Konqo Respublikasının Prezidenti Denis Sasso-Nqesso ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə “Biz kənd təsərrüfatı, istehsal, nəqliyyat-logistika və energetika üzrə danışıqlar apardıq. Biz həmçinin yeni texnologiyalar, mineral ehtiyatların birgə işlənməsi və investisiya məsələlərini müzakirə etdik. Mən Qazaxıstanın elektron hökumət, kibertəhlükəsizlik və kosmos …

Ətraflı oxu »

Jeenbek Kulubayev: “Orta Dəhliz Avropaya yüklərin tranzitini sürətləndirə bilər”

Qırğızıstan Orta Dəhlizi Avropaya yüklərin tranziti üçün alternativ marşrut kimi nəzərdən keçirir. Qırğızıstan mətbuatına istinadən, bunu xarici işlər naziri Jeenbek Kulubayev nazirliyin 2024-cü ilin birinci yarısında fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. “Rusiya dəhlizinin bağlanması ilə yüklərin Avropaya daşınması və tranziti xeyli çətinləşib. Hazırda bütün yüklər cənub dəhlizindən keçir: əvvəlcə İrana, oradan Türkiyəyə, daha sonra Avropaya, əks istiqamətdə isə …

Ətraflı oxu »

Bakıda Orta Dəhlizin inkişaf perspektivlərinə dair müzakirələr aparılacaq

Sentyabrın 17-19-da Bakıda “Qara Dəniz – Xəzər Logistika Forumu 2023: dəhlizlər, yüklər, infrastruktur” adlı beynəlxalq konfrans və sərgi keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı “Rdl Group” şirkəti xəbər verir. Forumda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı üçün yeni imkanlar, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üçün tranzit platforması kimi potensialı; nəqliyyat dəhlizinin əsas halqası olan Qazaxıstan və Gürcüstan ərazisi ilə tranzit məsələləri …

Ətraflı oxu »

Orta Dəhlizlə yükdaşımalar 62 % artıb

Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 2,5 milyon ton yük daşınıb. Qazaxıstan Nəqliyyat Nazirliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % çoxdur. Nazirlik bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə 2023-cü ildə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65 …

Ətraflı oxu »