Orta Dəhlizlə yükdaşımalar 62 % artıb

Bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə 2,5 milyon ton yük daşınıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % çoxdur.

Nazirlik bu il TBNM vasitəsilə 4,2 milyon ton yük daşınacağını proqnozlaşdırır.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

2023-cü ildə Orta Dəhlizlə yükdaşımalar 2022-ci illə müqayisədə 65 % artaraq 2,7 milyon ton təşkil edib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

İstinad: report