Gürcüstan Çinin Orta Dəhlizin inkişafı üzrə yaradılan birgə müəssisəyə qoşulmaq istəyini dəstəkləyib. Bunu Gürcüstan Dəmir Yollarının baş direktoru David Peradze Çin Xalq Respublikasının dövlət şirkətinin nümayəndə heyətini qəbul edərkən deyib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib. …
Ətraflı oxu »Nəqliyyat xəbərləri
Aktauda “Şimal-Cənub” dəhlizinin şərq qolunun inkişafı üzrə Yol Xəritəsi imzalanıb
Bu gün Aktauda Qazaxıstan, İran, Türkmənistan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutunun potensialının 2024-2025-ci illər üçün sinxron inkişafı üzrə Yol Xəritəsi imzalanıb. İmzalanma mərasimi Qazaxıstan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə iyulun 19-dan etibarən birinci “Şimal-Cənub” nəqliyyat ticarət və ixrac forumunun keçirildiyi Aktau şəhərində baş tutub. “Şimal-Cənub” nəqliyyat dəhlizi Fars körfəzinin limanlarında sonuncu məntəqə və Hindistana gələcək çıxış imkanı …
Ətraflı oxu »Azərbaycanın avtomobil yollarında 51 ədəd elektron tərəzi quraşdırılacaq
Azərbaycanın avtomobil yollarında 31 yerdə 51 ədəd elektron tərəzinin quraşdırılması nəzərdə tutulub. Logistik.az xəbər verir ki, bunu Rəqəmsal inkişaf və Nəqliyyat Nazirinin müavini Rəhman Hümmətov sektorda qanunvericiliyin təkmilləşdirilməsinə dair keçirilən brifinqdə bildirib. “İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbin pozulması hallarının müəyyən edilməsi məqsədilə bu parametrləri ölçən texniki vasitələrin …
Ətraflı oxu »Baş nazir: Gürcüstanın Orta Dəhliz boyunca tranzit funksiyasının inkişafı Avropa üçün mühüm rol oynayacaq
Gürcüstan Şərqlə Qərb arasında nəqliyyat dəhlizi və enerji əlaqəsi baxımından Avropa üçün xüsusi rol oynaya bilər. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Oksfordda “Avropa Siyasi Birliyi”nin IV Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Onun sözlərinə görə, Gürcüstanda ölkənin tranzit funksiyasını gücləndirəcək bir sıra layihələr həyata keçirilir: “Bizim hələ də tranzit funksiyamızı gücləndirəcək bir sıra …
Ətraflı oxu »“Ports Europe”: Çin Azərbaycan vasitəsilə yükdaşımaları artırmaqda maraqlıdır
“Ports Europe” sənaye nəşrinin saytında Çinin “China State Railway” dövlət dəmir yolu şirkətinin rəhbərlərindən ibarət nümayəndə heyətinin Bakıya səfərinə həsr olunmuş məqalə dərc olunub. Məqalədə qeyd edildiyi kimi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycanın nəqliyyat-logistika sektorunun inkişaf perspektivləri və Çin mallarının Avropaya çatdırılması üçün istifadə imkanları müzakirə olunub. Nəşr yazır: “Çin nümayəndə heyəti Orta Dəhliz üzrə …
Ətraflı oxu »Aleksandr Novak: “Astara-Rəşt dəmir yolunun tamamlanması barədə razılıq əldə olunub”
Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində bir sıra işlər görüləcək. Bunu TASS-a müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. “Dəmir yolunun tutumu artırılacaq, nəqliyyat və logistika marşrutları genişləndiriləcək ki, bu da cənub tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətə təsir göstərəcək”, – o vurğulayıb. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə A.Novak bildirib ki, layihə çərçivəsində …
Ətraflı oxu »Azərbaycanda relsdən çıxmış vaqonlar qaldırılıb və hərəkəti təmin olunub
6 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılmış və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunmuşdu. Bu barədə “Azərbaycan Dəmir Yolları”ndan bildirilib. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə “Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə …
Ətraflı oxu »Siyəzəndə yük qatarı relsdən çıxıb və üç vaqon aşıb
Siyəzən rayonu ərazisində yük qatarı relsdən çıxıb, üç vaqon aşıb. Məlumatına görə, Rusiyadan ölkə ərazisinə daxil olan yük qatarında inşaat materialları daşınıb.”Azərbaycan Dəmir Yolları” bildirib ki, Zarat stansiyasında aşan qatar Rusiya şirkətinə məxsusdur. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Qeyd edilir ki, qatarın Siyəzən rayonu ərazisində relsdən çıxması nəticəsində üç vaqon aşıb. İlkin məlumata əsasən, hadisə zamanı xəsarət alan …
Ətraflı oxu »Azərbaycan və Çin dəmir yolları Orta Dəhlizin inkişafı üçün əməkdaşlığı genişləndirir
İyulun 15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Logistik.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, görüşdə son aylarda Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə hər iki ölkənin dəmir yolları, həmçinin liman və logistika şirkətləri arasında keçirilən intensiv görüşlərin əhəmiyyəti vurğulanıb. …
Ətraflı oxu »Panama kanalında su çatışmazlığını aradan qaldırmaq üçün 1,6 milyard dollarlıq həll
Logistik.az xəbər verir ki, Panama Kanalı İdarəsi (“ACP”) kanalın fəaliyyətinə təsir edən xroniki su çatışmazlığını aradan qaldırmaq üçün yeni su anbarının planlarını açıqlayıb. Uzun sürən quraqlıq kanalın su təchizatını ciddi şəkildə məhdudlaşdırıb, “ACP”-ni gündəlik tranzitlərin sayını adi 36-38-dən 31-ə endirməyə məcbur edib. Panamada qeydə alınan ən pis quraqlıq bu cür infrastrukturun zəruriliyini vurğulayır. Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə Yeni …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı