Bu aydan başlayaraq Çinin Sian şəhərindən Bakıya Orta Dəhlizlə gündə bir dəfə konteyner blok qatarı göndərilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) xəbər verir. Məlumata görə, məişət malları, avtomobil və ehtiyat hissələri ilə yüklənmiş ilk qatarın Qazaxıstan və Xəzər dənizindən keçməklə təqribən 8-12 günə Bakıya çatacağı gözlənilir. Siandan daşımalar bu il yanvarın 1-dən başlanılıb. Orta Dəhlizin potensialının genişləndirilməsi istiqamətində …
Ətraflı oxu »Nəqliyyat xəbərləri
Konstansada Orta Dəhliz imkanları müzakirə olunur
Logistik.az xəbər verir ki, dünən Rumıniyanın Konstansa şəhərində “Qara dəniz və Xəzər dənizi limanları və logistika 2024” sərgi və konfransı işə başlamışdır. İyulun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək səviyyəli rəsmilər, elm adamları və s. iştirak edir. Dünyanın müxtəlif ölkələrindən 30 təqdimatçının qatıldığı tədbirin konfrans proqramı qlobal və regional ticarət və investisiya ilə bağlı aktual problemlərə …
Ətraflı oxu »Türkiyə qlobal dəniz nəqliyyatında 11 milyard dollarlıq paya sahibdir
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulun Tersane şəhərində keçirilən 3-cü Türkiyə Dəniz Zirvəsinin açılış proqramında çıxış edib. Logistik.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dünyada dəniz nəqliyyatının yük dəyərinin 380 milyard dollar olduğunu və Türkiyənin bundan 11 milyard dollar pay aldığını bildirib. 1 iyul 1926-cı ildə qüvvəyə minən Kabotaj Qanunu ilə Türk Dəniz Ticarətində xarici …
Ətraflı oxu »Çindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib
“Çin Dəmir Yolu Qrupu” Çin-Avropa dəmir yolu ilə yükdaşımalarda əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verib. “Çin Dəmir Yolu Qrupu”nun məlumatına görə, qatarlar həftədə bir dəfə hərəkət edəcək. Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq. Bu marşrut üzrə ilk qatar iyulun 1-də …
Ətraflı oxu »Çin Orta Dəhlizin tikintisində və istismarında fəal iştirak edəcək
Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə hazırdır. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb. Bildirilir ki, Çin tərəfi həmçinin Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və …
Ətraflı oxu »Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanmasını sürətləndirəcək
Azərbaycan və Çin beynəlxalq multimodal daşımaların inkişafına dair Sazişin imzalanması prosesini sürətləndirməyə hazırdır. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb. Tərəflər həmçinin iki ölkənin inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol” çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə …
Ətraflı oxu »Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olunub
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çin Xalq Respublikasının Szyansu əyaləti hökumətinin nümayəndə heyəti ilə görüş keçirilib. Logistik.az xəbər verir ki, görüş zamanı Orta Dəhlizə yeni yüklərin cəlb olunması, iki ölkə arasında qarışlıqlı əlaqələrin mövcud və gələcək inkişaf perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər və Azərbaycan ərazisindən keçən tranzit daşımaların Çin tərəfindən subsidiyalaşdırılması barədə fikir mübadiləsi aparılıb. Görüşün yekunu üzrə …
Ətraflı oxu »Rumıniyada Orta Dəhlizin imkanları müzakirə olunacaq
Bu gün Rumıniyanın Konstansa şəhərində “Black and Caspian Sea Ports & Logistics 2024” sərgi və konfransı işinə başlayacaq. Tədbirin təşkilatçıları “Konstansa” limanı, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM) və Konstansa Limanı Biznes Assosiasiyasıdır. İyulun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək səviyyəli rəsmilər, alimlər və s. iştirak edəcək. Dünya səviyyəli 30 spikerin iştirak edəcəyi tədbirin konfrans proqramı qlobal və …
Ətraflı oxu »İlk yük qatarı Orta Dəhlizin yeni marşrutu ilə yola salınıb
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) verdiyi məlumata əsasən Çindən Türkiyəyə Orta Dəhliz üzərindən yeni marşrutla ilk yük qatarı yola salınıb. Məlumata görə, məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarət qatar Çinin Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan marşrutu ilə İstanbul şəhərinə yola düşüb. Hazırda Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz üzərindən keçməklə …
Ətraflı oxu »Azərbaycanda yük daşıma qiymətləri qalxacaq? – Araşdırma
30 iyun axşam saatlarında verilən məlumata əsasən, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı