Konstansada Orta Dəhliz imkanları müzakirə olunur

Logistik.az xəbər verir ki, dünən Rumıniyanın Konstansa şəhərində “Qara dəniz və Xəzər dənizi limanları və logistika 2024” sərgi və konfransı işə başlamışdır. İyulun 4-dək davam edəcək konfransda dünyanın hər yerindən 300-dən çox yüksək səviyyəli rəsmilər, elm adamları və s. iştirak edir.

Dünyanın müxtəlif ölkələrindən 30 təqdimatçının qatıldığı tədbirin konfrans proqramı qlobal və regional ticarət və investisiya ilə bağlı aktual problemlərə və çağırışlara həsr olunub.

Forumda həmçinin Orta Dəhlizdə gübrə ticarəti üçün yeni logistik həll yolu kimi Xəzər və Qara dəniz limanlarının və Mərkəzi Dəhlizin imkanları, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gübrə terminalının tikintisi müzakirə olunacaq.

Həmçinin davamlı inkişaf üçün Orta Dəhlizdən istifadəyə dair müzakirələrin aparılması nəzərdə tutulur.