Logistik.az xəbər verir ki, Türkiyənin aparıcı nəqliyyat və logistika şirkətlərindən hesab olunan “Arkas Logistics” “Fretlog”u almaqla Hindistanda da böyüyəcək. “Arkas Logistics”-in məlumatına əsasən, şirkət Hindistanın mühüm logistika şirkətlərindən biri olan Fretlog-un 80 faiz səhmlərini alıb. İki şirkət arasında müqavilə iki şirkətin top menecerlərinin iştirakı ilə imzalanıb. “Arkas Holding” İdarə Heyətinin sədr müavini Diane Arkas Göçmez, “Arkas Holding” Logistika Qrupunun prezidenti Onur …
Ətraflı oxu »Nəqliyyat xəbərləri
Gürcüstanda Azərbaycanla sərhədə qədər olan yolun tikintisinin tamamlanacağı vaxt açıqlandı
Azərbaycanla sərhədə qədər olan yeni Tbilisi-Saqareco (Kaxeti) sürətli avtomobil yolunun tikintisi fəal şəkildə davam edir və bu il başa çatdırılacaq. Bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən bildirilib. Bu yol Tbilisi və Kaxeti bölgəsini birləşdirən əsas magistralın, eləcə də Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir. İstinad: “Sputnik” Gürcüstan
Ətraflı oxu »Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb
İyunun 26-da Lianyunqanq limanında Qazaxıstan-Çin logistika terminalında Koreya – Çin – Qazaxıstan – Özbəkistan marşrutu üzrə pilot qatarın yola salınması ilə bağlı rəsmi mərasim keçirilib. Logistik.az xəbər verir ki, bu barədə “NC Kazakhstan Temir Joly” SC-nin mətbuat xidməti məlumat yayıbdır Məlumata görə, beynəlxalq ticarət və əməkdaşlıq üçün əhəmiyyətli olan əlamətdar tədbirdə hər dörd ölkənin dəmir yolu administrasiyalarının nümayəndələri də iştirak …
Ətraflı oxu »MSC Genuya hava limanını satın aldı
Logistik.az xəbər verir ki, Mediterranean Shipping Company (MSC) Genuya hava limanının 15% payını açıqlanmayan bir məbləğə alıb.
Ətraflı oxu »Ceyms O’Brayn: Orta Dəhliz region üçün mühüm təşəbbüsdür
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn deyib ki, Orta Dəhliz region üçün mühüm təşəbbüsdür. Onun sözlərinə görə, indiki vəziyyətdə Mərkəzi Asiya dövlətləri məhsulların ixracını Rusiya və ya Çin vasitəsilə həyata keçirməlidir: “Marşrutun Gürcüstandan keçib-keçməməsindən asılı olmayaraq, Azərbaycanın Xəzər dənizi vasitəsilə dünya bazarlarına tədarük edilən malların və nəhayət, xidmətlərin əldə edilməsi məsələsində çox böyük imkanları olduğunu …
Ətraflı oxu »İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin yollarda idarə edilməsinə nəzarət gücləndirilir, cərimələr artırılır
İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə nəzarət gücləndirilir. Logistik.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki …
Ətraflı oxu »Bolqarıstan Azərbaycandan Avropaya “yaşıl enerji dəhlizi” layihəsi üzrə birgə müəssisədə iştirak edəcək
Bolqarıstanın Nazirlər Şurası ölkənin yaşıl enerjinin Bakıdan Mərkəzi Avropaya (Azərbaycan-Gürcüstan-Avropa) ötürülməsini nəzərdə tutan “yaşıl enerji dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə birgə müəssisədə iştirakını təsdiqləyib. Bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib. “Təşəbbüs Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında regional enerji təhlükəsizliyini və əlaqəni gücləndirmək, təchizatın diversifikasiyası, Xəzər regionunda bərpa olunan mənbələrdən enerji istehsalı …
Ətraflı oxu »Silk Way West Airlines Çin Henan Aviasiya Qrupu ilə strateji tərəfdaşlıq qurur
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan “Silk Way West Airlines” və “China Henan Aviation Group” arasında “Air Cargo China 2024” sərgisində anlaşma memorandumu imzalanıb. Bu strateji tərəfdaşlıq Çjençjou ilə Bakı arasında hava yükdaşımalarının səmərəliliyini artırmaq üçün Asiya-Sakit Okean regionunu Avropa, Amerika və Afrika ilə birləşdirən möhkəm ikitərəfli hab modelini yaratmaq məqsədi daşıyır. “Silk Way West Airlines” ilk …
Ətraflı oxu »Orta Dəhlizə yeni yüklərin cəlb olunmasını müzakirə edilib
ADY sədri Rövşən Rüstəmov özbəkistanlı və tacikistanlı həmkarları ilə Orta Dəhlizə yeni yüklərin cəlb olunmasını müzakirə edib. Özbəkistanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bu ölkənin Dəmir Yollarının sədri Zufar Narzullayev və Tacikistan Dəmir Yolllarının sədri Komil Mirzoali ilə həm ayrı-ayrılıqda, həm də üçtərəfli formatda görüş keçirib. Logistik.az “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, …
Ətraflı oxu »İlk dəfə birbaşa Çindən Azərbaycan avtomobilləri ilə yük gətirilib
Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib. Logistik.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb. Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. …
Ətraflı oxu »
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı