“Ports Europe”: Çin Azərbaycan vasitəsilə yükdaşımaları artırmaqda maraqlıdır

“Ports Europe” sənaye nəşrinin saytında Çinin “China State Railway” dövlət dəmir yolu şirkətinin rəhbərlərindən ibarət nümayəndə heyətinin Bakıya səfərinə həsr olunmuş məqalə dərc olunub.

Məqalədə qeyd edildiyi kimi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi ilə keçirilən görüşdə Azərbaycanın nəqliyyat-logistika sektorunun inkişaf perspektivləri və Çin mallarının Avropaya çatdırılması üçün istifadə imkanları müzakirə olunub.

Nəşr yazır: “Çin nümayəndə heyəti Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaları artırmaq imkanlarını nəzərdən keçirir”.

⚡️📲Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə

Məqalədə qeyd olunur ki, görüş zamanı Çin ilə Azərbaycan arasında bu sahədə əməkdaşlıq potensialının araşdırılması və əlaqələrin genişləndirilməsi üzrə strateji təşəbbüslər də müzakirə edilib. Səfər çərçivəsində Çin Dəmir Yollarının rəhbərləri terminal və limanın texniki imkanları ilə tanış olublar.

“Ports Europe” beynəlxalq informasiya xidmətidir və ingilis dilində Aralıq, Qara və Xəzər dənizlərindəki 200-dən çox liman haqqında məlumatlar, habelə maliyyə və iqtisadi xəbərlər təqdim edir.

İstinad: Azertag