
Bu il İran “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqaməti üzrə yüklərin tranzitini 3 dəfə – 2 milyon tona qədər artırmağı planlaşdırır. Rusiya KİV-i xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
“Biz 2023-cü ildə Rusiya, Qazaxıstan və Türkmənistanın köməyi ilə bu (şərq – red.) istiqamətdə yüklərin daşınması əməliyyatına başladıq. 2023-cü ildə bu həcmlər 650 min ton idi. Potensialı nəzərə alaraq, biz Rusiya tərəfi ilə razılığa gəldik və 2024-cü ilə – 2 milyon ton hədəf qoyduq”, – deyə Cəlali Həştərxanda keçirilən IX Xəzər Media Forumunda jurnalistlərə bildirib.
Təcili xəbərlər üçün bizi Telegram kanalından izlə
K.Cəlali əlavə edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqamətinin tutumu 15 milyon ton yük təşkil edir, ona görə də bu qolun potensialından tam istifadəyə doğru getmək lazımdır.
Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
istinad:report
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı