
Logistik.az xəbər verir ki, “Turkish Cargo” Türkiyənin ixracatına töhfə verməyə davam edir. Aparıcı daşıyıcı daha əvvəl TİM (Türkiyə İxracatçılar Məclisi) ilə bağladığı endirimli yük daşımaları müqaviləsini yeniləyib.
Yenilənmiş müqavilə çərçivəsində Turkish Cargo, Anadolunun hər yerində istehsal olunan məhsulları 30 ölkədə 40 nöqtəyə yüzdə 30-a qədər müxtəlif endirimlərlə daşıyacaq. Ümumi yük, tez xarab olan yüklər, yumurta, balıq, ət, meyvə-tərəvəz daşımalarını əhatə edən kampaniya iyunun 14-dən başlayacaq və 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq.
Logistika xəbərləri – Logistik.az Azərbaycanın ilk logistika xəbərlər portalı