Yeni yedək gəmisinin adlandırılması mərasimi keçirilib

Ternesedə Niderlandın “Multraship Towage and Salvage” şirkətinin yeni yedək gəmisinin adlandırılması mərasimi keçirilib.

Logistik.az xəbər verir ki, “Multratug 35” 2023-cü ilin iyununda “ASD 3212” layihəli  üç yedək gəmisi üçün imzalanmış sifariş əsasında  Vyetnamdakı “Damen” Gəmiqayırma Zavodunda tikilib.

Yedək gəmisi yanğınsöndürmə, lövbərə saxlama və digər dəniz əməliyyatları üçün təchiz edilib.

“Nordic Engineering” teleqram kanalı xəbər verir ki, yedək gəmisində heyətin yaşayışı üçün hər cür şərait yaradılıb.

 

İstinad: “Nordic Engineering” teleqram kanalı