Hikmət Hacıyev bildirir ki, Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

 

“Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır”.

Logistik.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.

O qeyd edib ki, Azərbaycan bu logistik strukturun inkişafına fəal şəkildə investisiya yatırmağa davam edir:

“Hazırda dəhlizin Azərbaycan hissəsinin ötürücülük qabiliyyətinin genişləndirilməsi istiqamətində işlər aparılır. Şübhəsiz ki, bu, təkcə Azərbaycan və Rusiyanın deyil, bütün regionun xeyrinə olacaq”.