“5-ci yerli şirkətlərin tanıtım sərgisi” 2-ci gününü başa vurdu

İyunun 24-də başlayan Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “5-ci yerli şirkətlərin tanıtım sərgisi” davam etməkdədir.

Logistik.az xəbər verir ki, “5-ci yerli şirkətlərin tanıtım sərgisi” Azərbaycanda yerli inkişaf edən şirkətlərin təqdim edildiyi vacib bir tədbirdir. Bu sərgi, her il keçirilərək, şirkətlərə innovativ məhsullarını və texnologiya tətbiqlərini göstərmə imkanı verir.

Sərgi, yerli bizneslərin inkişafını dəstəkləyir və onların məhsullarının daha geniş bir auditoriyaya çatdırılmasına kömək edir. Qeyd edək ki, bu tədbir iştirak edən şirkətlər üçün yeni müştərilər və iş əməkdaşlığı imkanları yaradır.

3 gün davam edəcək bu sərgi üçün son ziyarət tarixi 26 iyun olacaq. Tədbirin keçirildiyi tarixlər 24, 25 və 26 iyun tarixləridir.