Mahaçqala limanında yüklərin aşırılmasında artım müşahidə edilir

Yanvar-may aylarında Mahaçqala dəniz ticarət limanında yüklərin aşırılması 3% artıb.

Məlumata əsasən, 2024-cü ilin 5 ayında limanda işlənmiş yüklərin ümumi həcmi 1 milyon 179 min ton təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 1 milyon 145 min ton olub.

Quru yüklərin aşırılmasında  27,2% artım, maye yüklərin açırılmasında isə cüzi azalma qeydə alınıb. Aşırılan yüklərdə neft və neft məhsulları, həmçinin taxıl, sement, mineral gübrələr və balıqçılıq məhsulları üstünlük təşkil edir.